Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Sabiq deputatın axtarışına xitam verildi

Rza İbadov haqda axtarışa xitam verildi - EKSKLÜZİV

 

İngiltərəyə sığınan sabiq deputat haqda 9 il öncə başladılan proses dayandırılıb 

 

 
Xeberinfo.com:  Məlumata görə, Milli Məclisin birinci çağırış üzrə deputatı olmuş Rza İbadov haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa xitam verilib.
Rza İbadov barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib. 
Xatırladaq ki, R.İbadovun axtarışa verilməsi ölkə gündəmində ciddi müzakirə mövzusu olmuşdu. 
Sabiq deputat Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. 
Rza İbadov 1966-cı ildə Naxçıvanda anadan olub. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib. 
1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub. O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.
Xatırladaq ki, 2005-ci ildə parlament seçkiləri zamanı Rza İbadov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə rəqib olmuşdu. O vaxtlar Rza İbadovun namizədliyini geri çəkməməsi böyük qalmaqala səbəb oldu. Məsələ daha da böyüdü və R.İbadova qarşı təzyiqlər başladı. Onun həbs ediləcəyi gözlənilirdi.
R.İbadov bu hadisələrdən sonra ölkəni tərk etdi. Sabiq deputatın hazırda Londonda yaşadığı və bizneslə məşğul olduğu bildirilir.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam