Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

 

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb.

Yenixeber.org: Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,9 % azdır.

Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi ilə müqayisədə 9,72 %, mayın 1-nə olan sifariş həcmi ilə müqayisədə 9,54 %, mayın 2-dan 4-nədək olan sifariş həcmi ilə müqayisədə isə 9,72 % azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,2 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 6-dən 12-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 6-da qaz tədarükü üçün 282 milyon 821 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7 % azdır.

Mayın 7-dən 12-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftənin çərşənbə axşamının göstəricisi ilə müqayisədə 10,8 % azdır. Eyni zamanda bu göstərici mayın 1-ə olan göstəricisi ilə müqayisədə 10,4 %, mayın 2-dən 4-nədək olan göstərici ilə müqayisədə 10,7 % azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8,8 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam