Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əjdər Zeynalov teatra qayıdır:Direktorun saxtakarlığı sübut olundu

Əjdər Zeynalov teatra qayıdır:

 

 

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb

 

Yenixeber.org: Bu barədə aktyor özü məlumat verib. O bildirib ki, hakim qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

“İftixar Piriyev məni qeyri-qanuni şəkildə, qondarma ittihamlarla işdən çıxarmışdı. Guya ki, 30 dəqiqə olmaqla iki dəfə işə gecikmişəm. Mənim əleyhimə saxta sənədlər düzəltmişdi. Vəkilim Adəm Orucov sənədlərin saxta olduğunu sübut etdi”.

Ə. Zeynalov bildirib ki, hələlik işə başlamayıb:

“Direktor bərpamı təmin etməli və mənə nə vaxt işə çıxacağım barədə xəbər göndərməlidir. Ya da yüksək instansiyalı məhkəməyə müraciət etməlidir. Gözləyirəm”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Ə.Zeynalovun teatrın daxili qayda-qanunlarını və nizam-intizamını pozduğunu əsas gətirərək işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam