Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Azdrama" Fuad Poladovu yad edən aktyora xəbərdarlıq edilməsi xəbərinə münasibət bildirib

 Akademik Milli Dram Teatrı ("Azdrama") Xalq artisti Fuad Poladovun dəfn günündə (mayın 5-də) “Şah Qacar” tamaşasından sonra yaşanan qalmaqalla bağlı açıqlama verib

Yenixeber.org: Teatrın mətbuat katibi Cavid Zeynallı açıqlamasında bildirib ki, sözügedən tamaşanın nümayişi zamanı səhnə əsərində rol alan aktyorlar Fuad Poladovun əziz xatirəsini ehtiramla yad edib, tamaşaçılarla bir yerdə onun xatirəsi bir dəqiqəlik sükutla anılıb: "Bununla bağlı teatrda hər hansı problemin yaranması haqqında yayılan xəbərlər tam əsassızdır və bunu teatrın yaradıcı işinə qarşı müdaxilə kimi qəbul edirik. Fuad Poladov görkəmli aktyor kimi Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən gözəl rollar yaradıb. Teatrın kollektivi onun xatirəsini hörmət və ehtiram hissi ilə anır və bu, hər zaman belə də olacaq". Mətbuatda yayılan məlumatlara görə, mayın 5-də nümayiş olunan tamaşanın ardınca təzimə çıxan aktyorlardan biri Fuad Poladovun ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Bundan sonra gərginlik yaranıb. Məlumata görə, teatr rəhbərliyi həmin aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib. F.Poladovun xatirəsinin yad edilməsi təklifini əməkdar artist Ayşad Məmmədov irəli sürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam