Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xaləddin İsgəndərov YAP-ın binasını satdı-750 MİN MANATA (FOTOLAR)

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2000-ci ildə 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binasını satıb.

Yenixeber.org: Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib.

Əldə etdiyimiz informasiyada qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının köhnə binasında yerləşən Binəqədi rayon Ağsaqqallar Şurası və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura artıq rayonun Mədəniyyət və İstirahət parkının ərazisində inşa olunmuş YAP Binəqədi rayon təşkilatının yeni inzibati binasına köçürülüb.

Nəzərinizə çatdıraq ki, YAP Binəqədi rayon təşkilatının 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binası adəçəkilən partiyanın ilk qərargahlarındandır. Binanın açılış mərasimində Milli Məclisin mərhum spikeri Murtuz Ələsgərov özü iştirak edib.

Sonda onu da qeyd edək ki, verilən məlumatlarda qərargahın ərazisinin 15 sota yaxın olduğu və 1 sotunun 50 min manata satıldığı deyilir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(gününsesi.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam