Binəqədidə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
8 Mart- Beynəlxalq Qadınlar günü Binəqədi rayonunda bayram mərasimi təşkil olunmuşdur.
"Xeberinfo.com": Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak etmişlər.
Bayram tədbiri Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikin oxunması ilə başlamışdır.
Çıxışlarla davam edən bayram tədbirində bu əlamətdar gün münasibəti ilə rayon qadınlarını təbrik edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar. Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salınıb və bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğu bildirilib. Çıxışlarda müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü və bu məsələnin hər zaman diqqətdə saxladığını vurğulayıblar. Bildirilib ki, çoxəsrlik ənənələrimizə sadiq qalan Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər hayata keçirilir. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğu bildirilib. Tədbirdə qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirildi. Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qurup qadın Binəqədi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Bədii hissə ilə davam edən tədbirdə bayram tortu kəsilib və qadınlar üçün ziyafət verilib. Mərasimdə tanınmış estrada ulduzlarının ifasında konsert proqramı da təqdim olunub.