Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ARGTMŞ-ın üzv təşkilatları Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar

 

"Xeberinfo.com":  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində aprel ayının 14-də ARGTMŞ-ın üzvü olan gənclər təşkilatları Binəqədi rayonunda,  novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Məlumat turunda ARGTMŞ-nin sədri Şahin Seyidzadə, ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları iştirak ediblər.  

Məlumat turu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və dahi şəxsiyyətin ruhuna göstərilən ehtiramla başlamışdır.

 Məlumat turu zamanı iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə” formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış olmuşlar. Binəqədi RİH-in bir sıra təşkilatlarla, o cümlədən QHT və gənclərlə birgə işgüzar layihələr və tədbirləri haqqında iştirakçılara məlumatlar verilmişdir.

Məlumat turu çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallları ilə görüşmüş, görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparılmış və onların sualları cavablandırılmışdır. İcra başçısı bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti günümüzdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, dövlətimizin başçısının yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyinin cəmiyyətin hərəkətverici qüvvəsinə çevrildiyi gənclərin diqqətinə çatdırılmışdır. Gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin idamnın inkişafına verdiyi hərtərəfli dəstəyə toxunan X.İsgəndərov  “Bakı 2015” Birinci Avropa oyunlarının doğma Vətənimizdə keçirilməsini dövlət başçısının bu sahədə yürütdüyüpraqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli  səhifə olduğunu vurğulamışdır.

Görüşdə çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd etmiş, bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümunəvi dövlət qurumlarından biri olduğunu vurğulamışdır. O, bildirmişdir ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi tövhələrə görə fəxri fərman təqdim olunmuşdur.

 

Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Görüşdən sonra qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətlər və fikir mübadiləsi aparmışlar. 





















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam