Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb- FOTO

Şəkidə polisə yalan məlumat verən şəxslər saxlanılıb

 

Şəkidə dələduzluqla məşğul olan şəxslər saxlanılıb

 

Yenixeber.org:  DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən  verilən məlumata görə, Şəki rayon sakini Məhəmməd Şirinov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin  yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib. Hadisə yerinə baxış keçirilərkən həqiqətən də Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini bildirib.  İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib.  Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə əvvəlcədən qurulan plan üzrə Z. Salmanovun onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi müəyyən edilib.

Bundan başqa, istintaq zamanı məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının həmin qadın tərəfindən oğurlanması barədə Polis Şöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam