Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Şəkidə dayısının evindən oğurluq edənlər saxlanılıblar

 

Şəkidə dayısının evindən oğurluq edən şəxslər yaxalanıblar

 

Yenixeber.org: DİN-i mətbuat xidmətinin Şəki Regional qrupundan  verilən məlumata görə, Şəki rayonu Fazıl kənd sakini İlqar Məmmədov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində bijuteriya və 600 ABŞ dollarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıblar. Onların ətrafında keçirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ev sahibi İ.Məmmədovun yaxın qohumları olduğu məlum olub.

Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska ,eləcə də oğurlanmış qızıl-zinət əşyaları saxlanılan şəxslərin üzərindən maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam