Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəki şəhər icra hakimiyyətinin əməkdaşı avtoqəza törədib: YENİLƏNİB

 

 

 Hadisənin təfərrüatı açıqlanmır

 

Xeberinfo.com: Şəki şəhər icra hakimiyyətinin Elnur adlı əməkdaşı şəxsi avtomobili ilə rayonun Baş Zəyzid kəndində ağır qəza törədib. Hadisə nəticəsində ağır yaralanan şəxs hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarətindədir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hadisə ilə bağlı xeberinfo.com-a danışan rayon sakini hadisənin həftənin şənbə günü (iyunun 4-də) baş verdiyini və hadisə zamanı Elnurun avtomobilində tək olmadığını bildirdi. Onunla birlikdə avtomobildə rəfiqəsi də olub... Maraqlıdır ki, bu olayla bağlı heç bir tərəfdən heç bir məlumat almaq mümkün olmur(?) Həm Şəki Şəhər İcra Hakimiyyətindən, həm də Şəki Şəhər Polis idarəsindən hadisədən xəbərsiz olduqlarını bildirdilər.  

 Aldığımız yeni məlumata görə, hadisəni törədən Şəki Şəhər İcra Hakimiyyətinin istehsal və xidmət sahələri sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyən Məmmədov Elnur Zümrüd oğludur. Hadisə zamanı Elnur Məmmədovun yanındakı şəxsin isə Səki rayon sakini Aysel adlı xanım olduğu bildirilir...

Elnur Məmmdəovla telefon əlaqəmizdə məlumatın doğruluğunu etiraf etsə də, hadisə zamanı heç kəsin olmadığını bildirdi.

Hadisə ilə bağlı araşdırmamız davam edəcək.    

 

 

Akif 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam