Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İnam və Şübhə” kitabı təqdim olunub

 

 

  "Xeberinfo.com": 7 iyun 2014-cü ildə “Zero” kitab evində Mütləqə İnam fəlsəfəsinin yaradıcısı, dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) fəlsəfi-tənqidi əsərlər toplusu – “İnam və Şübhə” kitabının təqdimatı olub.

Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. 

Kitabın ərsəyə gəlməsinin təşəbbüsçüsü, şair Fərid Hüseyn tədbiri giriş sözüylə açaraq iştirakçıları “İnam və Şübhə” kitabının nəşri münasibətilə kutlayıb, kitabdakı əsərlərin maraqla qarşılanacağına inandığını bildirib.

Ocaq Yükümlüsü İşıqlı Atalı Asif Atanın bənzərsiz yaradıcılığı, fəlsəfi-tənqidi əsərlərinin özünəməxsusluğu haqqında danışıb: “İnam Ata yaradıcılığa özünəməxsus fəlsəfi-bədii tənqidlə başlayıb. Ata dünyabaxışı ilə yanaşı, ömrünün sonunadək fəlsəfi-bədii tənqid yaradıcılığı ilə məşğul olub. Əslində onun bu sahədəki işi gerçək ədəbi tənqidçilikdən artıq – təhlilçilik idi. Ata deyirdi ki, tənqidi əsər bədii əsər kimi oxunmalıdır”.

Professor Nizami Tağısoy Asif Atanın yaradıcılığı haqqında fikirlərini bölüşüb, tənqidi əsərlərinin fəlsəfi, bədii, etik-estetik tərəflərinə diqqət çəkib: “Onun əsərlərində insanlığın əsas istiqamətləri müəyyənləşib”.

Fazil Kərimli: “Sağlığında özündən yaşlılar da ona Ata deyirdilər. Çünki o, Ata məqamına yüksələ bildi”.  

Yusif Dirili Asif Ata ilə həyatın, eləcə də sənətin müxtəlif sahələri, ədəbiyyatla bağlı çoxsaylı söhbətlərinə toxunub: “Ata açılmamış xəzinədir”.   

Yazıçı Kənan Hacı deyib: “Asif Ata Azərbaycan fəlsəfəsində, tənqidində öz istiqaməti olan, standartları dağıdan şəxsiyyətdir. Buna görə o, təqiblərə məruz qalıb. Gələcək nəsillər də onu sevə-sevə oxuyacaq, xatırlayacaq”.

Tarixçi-alim Dilavər Əzimli Atanın hərtərəfli yaradıcılığına heyranlığını bildirib,  xatirələrini bölüşüb: “Asif Atanın həm də xoşbəxtliyi ondadır ki, məktəb yarada bildi. Atanın yolunu getmək hünər istəyir”. 

Babək Xalistürk deyib: “Ata böyük filosofdur. Belə dahilər əsasən zamanlarında anlaşılmırlar. Asif Ata Türk Dünyasında ilk dəfə özünəməxsus fəlsəfi sistem yaradıb”.

Məhərrəm Şəmkirli: “Bu kitabın nəşri məni çox sevindirdi.  Sonralar bilinəcək ki, Asif Ata dünyanın böyük şəxsiyyətidir”.

Yolruh Atalı deyib: “Atanın ədəbi-tənqidi əsərləri onun istədiyi ədəbiyyatın yaranması üçün ən gözəl örnəkdir. Ata göstərir ki, əgər ədəbiyyatın söykəndiyi hansısa fəlsəfə olmasa, o ədəbiyyat uzunömürlü ola bilməz”.

Kitaba İnam Atanın fəlsəfi-tənqidi əsərlərinin bir qismi “İnam və Şübhə”, “Yerdəkilərin göy həsrəti”, “Şeyx Nəsrullah əsarəti”, “Bayatı işığı”, “Məcnunluq”, “Xaqanilik”, “Vəcdli idrak”, “Nikbinlik”, “Həqiqət və Yarımhəqiqət”, “Ölməyən dərd”, “Dünyadan artıq”, “Şeir dərdi”, “Xəyal gerçəkliyi” kimi əsərləri daxil edilib.

Kitab “avanqard.net” saytı kitabxanasının nəşridir.

Kitabı nəşrə hazırlayanlar Safruh Atalı, İşıqlı Atalı və Yolruh Atalıdır. 

 

Seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam