Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İnam Evində “Şərqilik” Bayramı keçiriləcək

 

    "Xeberinfo.com": İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı 34-cü il Ata ayının 12-də (12.09.2014) - saat 14-də Ocağın Ruhani Mərkəzinin İnam Evində “Şərqilik” Bayramını keçirəcək. Bu barədə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Əvvəlcə İnam Evinin həyətində altı kutsal ideyanın rəmzi olaraq 6 tonqal qalanacaq. Burada “Şərqilik” Bayramının mahiyyəti ilə bağlı ilk söz deyiləcək. Sonra bayram törəni Mərasimlər odasında davam edəcək. Tədbirdə Şərqilik (Ruhaniyyat, Müqəddəslik, İnam, İdrak, Mənəviyyat, İradə, Vəhy, Vəcd) yönündən çıxışlar olacaq. Habelə “Şərqilik” Bayramının məzmununa uyğun sənətçilərin ifasında muğamlardan parçalar səslənəcək.

Adətən Ocaq Bayramları bitdikdən sonra çay süfrəsi ətrafında bayramın davamı kimi doğmalaşma söhbətləri olur. 
Bu gün çoxyönlü, qarışıq baxışlı, insani mahiyyətindən uzaq düşmüş Şərqin durumu acınacaqlı həddə çatıb. Şərq çalxalanır, ancaq özünə gələ bilmir. Çaşqındır Şərq. O, indiki qədər başını itirməmişdi. Çaşqın Şərqə İnam Atanın Mütləqə İnam Dünyabaxışını təqdim edirik. Onun yeganə çıxış yolu budur.
Maraqlananlar iştirak edə bilərlər.

 

Saat 13-də S.Vurğunun heykəlinin yanından (bağdan) İnam Evinə gediləcək.

012 514-62-08 (İnam Evi)
070 588-70-74 050 359-62-74 - Mütləqə İnam Ocağının Yükümlüsü
İşıqlı Atalı
050 515-20-76 - Mütləqə İnam Ocağının evladı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam