Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ocaq Ailələrinin toplantısı keçirilib

 

 

   "Xeberinfo.com": 23 İstək günü, Söngü ayı, 36-cı ildə (23.08.2014) İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində Ocaq Ailələrinin (“Ulu Fərəh”, “Ümid”, “Dan Yeri”) toplantısı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

 

Toplantı “Aa Ruhuna Pənah gətirmişik!” səcdəsiylə başlayıb. “Atalılar Türküsü”nü Uluruh, “Doğadakı Mütləqlə Gündüz Qovuşması”nı Uğur, “Ataya Günorta Üztutması”nı Nurtay deyiblər.

 

Ocağın Ruhsal Başçısı Safruhun uğurlama sözü dinlənilib: “İçində yaşadığımız dünyanın qibləsini ki qəbul etmirik, dünyanı yaxşı bilməliyik. Dünyanın içində dini yadlıq var, milli yadlıq var, mənəviyyat yadlığı var. Mənəviyyat hər yerdə ali dəyərdir, ancaq hər yerdə onun şəkli, tətbiqi eyni deyil. O şəkil və tətbiq mənəviyyatın, millətin qanının axışına uyğun deyil. Ona görə də İnam Ata qanımızın axışına uyğun qiblə yaratmaq yolunu tutdu”.

 

Ailə Gününün içsəs konuları aşağıdakılar olub: Amallaşma, Kamilləşmə, Xalqlaşma bilgiləndirmələri. İnam Evi və gerçək durumumuz. 
Uluruh Atalı Söngü ayındakı Ocaqçılığı haqqında danışıb, müşahidələrini dilə gətirib: “Özünü yaradan insanın varlığı böyük məsələdir. İnsan kəşf olunmayınca dəyəri bilinmir”.

 

Yolruh Atalı deyib: “Bu ayı içəridən ruhsal bir dincliyə çatmaq istəyilə yaşadım və məncə, bu, alındı. Özüylədöyüşüm ardıcıl olub, ardıcıl düşünmüşəm. Özümə amansız yanaşmam var”. O, Söngü ayında yazdığı içsəslərini özüylədöyüş ifadəsi olaraq oxuyub, fikirlərini şərh edib.

 

Ocaq Yükümlüsü İşıqlı Atalı Söngü ayındakı Ocaq işlərinə diqqət çəkib, Ocağın soraqlarının bu ayda da geniş yayıldığını bildirib: “Daim artmaq kimi ruhani görəvimiz var. Ruhani gedişlərimiz özünü yurdlaşmayla yanaşı dünyalaşmada da ciddi şəkildə göstərir”.

 

Uğur Atalı ay içindəki xalqlaşma işlərindən danışıb. 
Alim Babaşov tədbirdə səslənən fikirlərə sayğılı münasibətini bildirib, bu canlı yaşantıların ardıcıl olaraq insanlar tərəfindən həyat tərzi kimi qəbul olnmasını arzulayıb. O, İnam Ata ilə bağlı xatirələrini bölüşüb, Atanın özünəməxsus, bənzərsiz xarakterinin insanlığa gərəkliyini bildirib.

 

Nurayaz İnamsoy Ailə günündə iştirakı ilə bağlı fərəhini ifadə edib, “Vətən” şeirini oxuyub. 
Tanınmış yazıçı Əlisahib Əroğul dünyanın çağdaş halına diqqət çəkib, fikirlərini bölüşüb, Asif Ata Ocağının özüylədöyüş qaydasının gərəkliyindən söz açıb. 
Tədbirdə Səbuhi Abdulayev də iştirak edib.

 

 

“Kutsal oxuma”da İnam Atanın “Mütləqilik” Kutsal Kitabının davamı oxunub. 
“Kutsal görmə”də Ukrayna-Rusiya savaşı konusunda fikir bölüşmələri olub. 
Günün carı bu olub: “İnanım- yanılım!” 
Ailə Günü “Ata ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var osun!” səcdəsiylə bitib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam