Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gənclər Günü Füzulidə də qeyd olundu

 

         

                     

         

    "xeberinfo.com": Bu gün Gənclər Günü ilə bağlı Horadiz şəhərindəki Mədəniyyət sarayında tədbir keçirilmişdir. Tədbirdə rayonun bütün yaşayış məntəqələrindən 200 nəfər gənc fəal iştirak etmişdir.

 

    Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar.

         

   Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev “Gənclər Azərbaycanın gələcəyidir” adlı məruzə etmişdir.

 

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, respublikada həyata keçirilən gənclər siyasətindən danışmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir.

 

Çıxış edən gənclər diqqət və qayğısına görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyələr təqdim olunmuşdur.

 

Rayon gəclərinin Prezident cənab İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

 

Sonda bədii proqram olmuşdur.

 

                                                         

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam