Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzulidə daha bir tədbir keçirildi

Bu gün Horadiz şəhərindəki Mədəniyyət Sarayında polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

 

"Xeberinfo.com":Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə müdirləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək düzmüş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Tədbir Dövlət himninin səslənməsi ilə başlanmışdır.

Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun tədbir iştirakçılarınıa təbrik teleqramı oxunmuşdur.

Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış etmişdir. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açmışdır.  Alı Alıyev bildirmişdir ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etmişdir.

- “Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynamış, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmışdır. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak etmiş, döyüşlərdə rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olmuşdur. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür”-deyə Alı Alıyev vurğulamışdır.

Çıxış edənlər bildirilmişlər ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis sistemimiz ötən dövr ərzində çətin və şərəfli bir yol keçmişdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu qayğının parlaq təzahürüdür.

Tədbirdə bir qrup polis əməkdaşına növbəti hərbi rütbələr təqdim olundu, xidmətdə fərqlənənlərə isə Fəxri Fərmanlar verilmişdir.

 

Sonda polis orqanlarının fəaliyyətindən bəhs edən video çarx nümayiş olunmuşdur. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam