Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olundu

 

"Xeberinfo.com":   Horadiz şəhəri Heydər Əliyev Mərkəzində 05 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Suvarma Sistemləri İdarəsi, Mil-Muğan Hidroqovuşağı və Melioservis İdarəsinin işçiləri iştirak etmişər.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup tədbir iştirakçısı ilə birgə Heydər Parkında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, rayonun su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik etmişdir. Alı Alıyev bildirmişdir ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladan Alı Alıyev  bu sahədə  çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırmışdır.

Alı Alıyev rayonun suvarma suyu ilə təmin edilməsində Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışmış, su təsərrüfatının inkişafında və müasirləşdirilməsində Prezident cənab İlham Əliyevin diqqət və qayğısından bəhs etmişdir. 

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhməd Əsgərov, Mil-Muğan Hidroq ovuşağının rəisi Əliabbas Behbudov və digərləri çıxış rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

 




 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam