Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Milli Təhlükəsizliyimizin tarixi Füzulidə də qeyd olundu

 

 

 Horadiz şəhərindəki Mədəniyyət Sarayında Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

“xeberinfo.com”: Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında  xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 95 il ötür. Bu münasibətlə Horadiz şəhərindəki Mədəniyyət Sarayında Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi -  peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq milli təhlükəsizlik orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Alı Alıyev çıxışında  Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri və 95 il ərzində keçdiyi şərəfli yola nəzər salmışdır. Bildirmişdir ki, milli təhlükəsizlik sistemində milliləşmə prosesinin əsasının qoyulması və onun təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşması, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Alı Alıyev qeyd etmişdir ki, ölkəmizin müstəqilliyinin əleyhinə yönəldilmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərmişlər.

Milli Təhlükəsizlik Nazirliyi Füzuli rayon şöbəsinin rəisi Əli İsgəndərov tədbirdə məruzə ilə çıxış etmişdir. O, milli təhlükəsizlik orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafemizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin aşkarlanması istiqamətində görülən səmərəli işlərdən danışmış, təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulamışdır.

Digər çıxış edənlər də dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd etmişlər. 

Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa Füzuli rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam