BU Kİ, BİR UTANCDIR...
"Xeberinfo.com": Bəzən özüm-özümə düşünürəm, görəsən yetişməkdə olan yeni nəsil tərəfindən zamanın, dövrün hansı hadisələri unudulmayıb? Düşünəndəki 1992- ci ildən bəri Azərbaycanda özünə köklü məskən salmış Qarabağ məsələsi unudulmaq üzrədir, insanın milli qeyrəti (əgər varsa) vəcdə gəlməyə bilmir. Çünki bu gün sözü gedən Qarabaq məsələsi demək olar ki, yaddan çıxmaq üzrədir. Düzdür, istisna hallarda şəhərətrafı gəzintiyə çıxdığımız zaman Qarabağın adını yaşadan restoranlara, marketlərə, rast gəlmək mümkündür. Lakin göstərilən dəlillər əsas vermir ki, gənclərin hafizəsində əkmək istədiyimiz milli şüuru bu yöndən inkişaf etdirək. Əfsuslar olsun ki, Qaqrabağın işğal altında olmasından yeni gəncliyin yaşı qədər vaxt keçib. Maraqlıdir, görəsən gənclərin Qarabaq məsələsinin tarixi keçmişindən xəbəri varmı? Bu gün bu sual ortayaşlı nəsli düşündürür. Zənnimcə bu nəslin istəyi yetişən gənclərdə unutqanlığı aradan qaldırmaq üçün dövlət səviyyəsində yetərli səy göstərilməsidir. Ən əsası televiziya kanallarına nəzarət gücləndirilsin. İnsanda ikrah hissi yaranır müharibə vəziyyətində olduğumuz bir zamanda gənclərimiz səhərdən-axşama kimi şou tipli attan-düş proqramlara tamaşa etməlidir? Sanki hansı kanalı çevirsək teleməkanın üzdəniraq daimi sakinləri ilə qarşılaşmalı oluruq. Desəm ki,kanallarda gedən proqram zamanı etik normalara riayət olunur, səhv etmiş olaram.(əslində bu başqa mövzudur) Onu da qeyd edim ki, məktəblərdə Qarabağ məsələsi yetərincə tədris edilmir. Baxmayaraq ki, təhsil ocaqlarında QARABAĞ saatı dərs vəsaiti kimi şagirdlərə tədris olunmalıdır. Sadəcə məktəb direktorları həmin tədris saatını başa vurmaq üçün başqa fənn müəllimləri ilə kifayətlənməli olur. Əslində sözügedən vəsaiti əgər proqrama salınmış dərs saatı kimi mənimsənilməlidirsə, şagirdlər QARBAĞDA döyüşən qəhrəmanlarla görüş keçirməli və döyüş yolu keçmiş Milli Qəhrəmanlarını tanımalı, hadisə yerində baş verən bütün məqamlar təfərruatı ilə şagirdlərə çatdırılmalıdır. Məncə bu proqram ətrafında dərs mənimsənilsə yetişən nəslin milli şüurunda aşılanma baş qaldırmaz.
Maraqlı məqam budur ki, uşaqlarımızı elə kiçik yaşlarından gizli əllərlə milli oyanışdan məhrum edirik. Çox məqamları qeyd etmək olar. Məsələn: Hansısa jurnalist şəhər gəncləri ilə QARABAĞ haqqında müsahibə aparsa, çox utanarıq, ona görə ki, gözlərini döyə-döyə üzünə baxacaqlar, nəinki verdiyin suala cavab alacaqsan. Bu gün vətənini sevən yazar kimi və mənim kimi çoxları düşünür, görən bu gənclərdə dolayı yollarla “amniziya” yaratmaq bəzi FƏRDLƏRƏ niyə maraqlıdır? Bu sualın arxasına düşüb yol gedəsi olsaq, cavabı əzəli və əbədi torpaqlarımız zamanında biganəliklə unudulduğundan, deyərdim ki, bu gün işğal altında olan Qarabağda zaman—zaman unudulmuşlarla eyni yerdə sıralanacaq. Məncə bu və bunun kimi olaylar milli oyanışı zərbə altında qoyur. Düşünürəm ki, bu tipli məsələlər ədəbi mühitdə də özünə yer tapmalıdır. Fikri, düşüncəsi olan şair və yazarlar gəncliyi ruhlandırmaq üçün öz qələmindən mütəmadi olaraq istifadə etməlidir. Bəzən rəsmi məkanlarda şair və yazarların təntənəli şəkildə kitab təqdimatları keçirilir. Bəli rəsmi hissə bitir, şair kitabını hədiyyə etmək məqamı yetişir, bəh-bəhlə aldığın müəllif hədiyyəsini səhifələdikcə bəzən öz-özünə gülürsən və deyirsən: “Görəsən bu söz yığını üçün bu qədər dəridən qabıqdan çıxmağa dəyərdimi???” Qeyd olunan yetərsizliklə qarşılaşmamaq üçün bu gün Qarabağı tərənnüm edən yazarların şeirlərinə, romanlarına,povestlərinə ehtiyac var.(mən demirəm ki, yazılmır yazılır, lakin tutarlı deyil). Bizim milli qəhrəmanlarımız var ki, adları çəkilmir, məhz bunlar da Mübariz kimi yazarların qələmində tərənnüm edilərək cəmiyyətə çatdırılmalıdır. Bu boşluğu doldurmaq lazımdır ki, illər sonra Azərbaycanda gedən cərəyanlar səhifələndikcə tarix yaddan çıxmasın və Azərbaycanın sonrakı yetişən nəslinə keçmişi düşünməyə cığırlar açsın. Çox işlər görülməlidir. Bəzən Türklüyümüzə qənim kəsilən murdar erməniləri bəyənmirik, amma düşmən olsalar da milli şüurumuza həkk edəsi ənənələr var ki, o prinsipə əsaslı nəzər yetirməliyik. Erməni milləti, millət demək mümkünsə, öz törəmələrinə Türkün düşmən olduğunu beşikdə aşılayır. Bu baxımdan bizim uşaqlar da dərk etməlidir ki, Türkün əzəli və əbədi düşməni ERMƏNİDİR. Bu məsələ bizim, yəni yaşlı nəslin nənələrin, anaların, babaların üzərinə düşdüyündən hamı öz növbəsində işini məqsədə uyğun icra etməlidir. Əslində şüur və təfəkkürümüzə bütün bilgilər televiziyadan aşılanmalıdır.
Hərdən düşünürəm dədə-baba torpaqlarını qoyub QAÇQIN statusu altında öz istədikləri kimi təmin olunanlar öz dədə-baba torpaqlarına qayıtmalı olduqlarını niyə unudurlar? Torpağını itirmiş vətəndaşlar dərk etməlidir ki, Qarabağ yalğızdır və düşmən əlindədir. Əziz həmvətənlər, bu gün torpaqlar düşmən tapdağında yalqızdırsa, heç olmasa bu hərf-hərf səslənən Qarabağ sözünü yalğız qoymayın!!! Bu ki, bir UTANCDIR - Vətən bizə bağışlamaz. Əslində qaçqın statusu daşıyanlar özlərini elə aparırlar ki, sanki dövlətin hətta cəmiyyətin onlara borcu var. Deyərdim qənim kəsiliblər, düşünürlər ki, dövlətdən nə mənimsəsək qənimətdir. Baxıram ki, heç Vətənə, yurda dönmək fikirləri yoxdur. Hərəsi bir məkanda dukandan, bazardan açıb oturublar hətta açdığı marketə Qarabaq adını verməklə də fərəhlənir. Çox qəribə görünür. Hərdən hiss olunur ki, onların təfəkküründə inamsızlıq cərəyan edir. Bu inamsızlıq öz yurdunda qaçqına çevrilənlərin şüurunda tədricən aşılanmağa başladı. Əslində görünənlərə rəğmən dövlət elə mövqedən çıxış etməlidir ki, bu ad onlara ağır yükdür və tez bir zamanda öz dədə-baba yurdlarına qayıdacaqlar. Düzdür düşünürük, məsələ tez bir zamanda həll olunacaq, amma unutmayaq ki, artıq 22 il keçib. Bütün səylərimiz bu yöndə birləşməlidir. Xalqın inamını özünə qaytarmaq lazımdır! Bəzən cəmiyyətdə yaranan tendesiyaya əsasən heç inanmaq olmur ki, dövlət olaraq müharibə vəziyyətindəyik. Cəbhədə atəşkəs olsa da, vəziyyətin nə qədər ciddi olduğu insanlara çatmır. Ara-sıra şou proqramlardan macal tapıb xəbərlər proqramında atəşkəsin pozulduğu və hansı bölgədənsə ŞƏHİD verdiyimiz qeyd olunur. Ümumiyyətlə ürəkağrısı ilə deyərdim ki, daha belə xəbərlər adi qarşılanır. Sadəcə soyuqqanlılıqla deyirlər: “ALLAH rəhmət eləsin”. Qarabağın özü də, sözü də sanki dillərdə adiləşib. Unutmayaq, hər bir fərdin özünüdərki onun milli şüurundan başlayır. Milli şüur isə toxumdur, gərək əkəsən və yetişməsi üçün yaxşı qulluq edərək bağbana çevriləsən. Bu gün cəmiyyətin belə bağbanlara ehtiyacı var. Qələm dostlarıma üzümü tuturam, qələminizi süngüyə çevirərək dövrün olaylarını öz qələminizdə tərənnüm edin. Bəzi milli qeyrətini unudan insanlar yaddan çıxarmasın ki, QARABAĞ YALQIZ DEYİL...!!!!
Sinən yanır Qarabağ
İtir zaman, gedir vaxt.
Bulaq -bulaq qurusan da,
Dağlarında qara bax
Alın yazın, qara baxt.
Səs saldiqca salası
BizimdiYurd- yuvası.
Otlağını kol basan,
Biçilməyən zəminin
Qurulmayır talası.
Tütək çalmır xan çoban
Səda gəlmir dağlardan
Çatılmayır ocağı,
Alışmayır sobası.
Gecələr ay doğanda
Qəbirlərdə yatanlar
Nalə çəkib səs salar,
Ahları qəlb parçalar.
Qara dərdim Qarabağ,
Tapdaq altda inləyən,
Ruh ağladıb say verən,
Torpaq satıb, pay verən,
Yalqız deyil QARABAĞ!!!
Basılmayıb bu Vətən!
Ər oğullar dayanıb,
Əmrə hazır müntəzir.
Xəyalları yurd gəzir,
Görüşünə tələsir,
Zəfər bizim,söz bizim
İgidlər meydanında,
Olsa DĞA şeytan da,
Versək yenə əl-ələ
Bir millətik, TÜRK bizik.
Siz bizsizsə, biz sizik.
Türk biziksə var izi
Haraylayır YURD bizi!!!
TƏRANƏ ŞƏMS....