Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Universitetlər nə vaxt köçürülür?

 

Ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi reallaşmaq üzrədir.

"Xeberinfo.com": Məlumata görə, Bakı-2015 Avropa Oyunlarından sonra köçürülmə işlərinə start veriləcək. Məlumatlı mənbənin sözlərinə görə, layihənin reallaşması üçün lazımı infrastruktur yekunlaşmaq üzrədir: “İnfrastruktur tamamlanmaq üzrədir. Nəzərə alsaq ki, universitetlərin əksəriyyəti Xocəsən və Sulutəpə ərazilərində yerləşdirilməsi nəzərdə tutulur, “Avtovağzal” metro stansiyasının bu işdə böyük yardımçı olacağını proqnozlaşdıra bilərik. 2012-ci ildə keçmiş təhsli naziri Misir Mərdanov bu barədə bir neçə dəfə açıqlama versə də, işlər müəyyən səbəblərdən yubanmışdı. Bunun obyektiv və subyektiv səbəbləri var. Keçmiş nazir “2013-cü ildə müəllimlər və şagirdlər yeni surprizlə qarşılaşacaq” deməklə buna işarə edirdi. Lakin işlərin ardıcıllıqla aparılmaması buna mane oldu. Tələbələr nəinki 2013-cü ildə, hec 2014-cü ildə də surpriz şahidi olmadı”, - deyə mənbə bildirib. Xatırladaq ki, paytaxtda universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi hələ 2011-ci ildən gündəmdədir. Plana görə, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, bəzi universitetlərin Qəbələyə köçürülməsi də müzakirə olunur. Bakının mərkəzində yalnız BDU-nun qalacağı bildirilir. Bu addımla Bakının yaşadığı dəhşətli sıxlıq və tıxacın aradan qaldırılacağı proqnozlaşdırılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam