Tramp: İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir

ABŞ Prezidenti Donald Tramp İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmədiyini bəyan edib.
Yenixeberorg.com xəbər verir ki, o müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində dərc edib.
"İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir. ABŞ onlara bunu qadağan edir. Kifayətdir!!", - Tramp yazıb.
O həmçinin qeyd edib ki, Livanla işləməyə davam edəcək və "Hizbullah" hərəkatı ilə bağlı vəziyyətlə məşğul olacaqlar.
İranla sazişə toxunaraq Tramp vurğulayıb: "İranla razılaşma zənginləşdirilmiş uranın ABŞ-a verilməsini nəzərdə tutacaq, bu və ya digər tərəfə pul ödənilməsi nəzərdən keçirilmir".









