Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə -AKTUAL/YENİLƏNDİ

45 min manat qrant alan “Gilavar Foto Klubu” 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb(?)

Yenixeber.org: Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrinin nəticələrini açıqladı. Ötən il buraxılmış ciddi səhvlərin bir daha təkrar edilməcəyi ümidi ilə siyahıya göz gəzdirdik. Lakin əvvəlki illərdə olduğu kimi, bu il də nəticələrin arxasında ciddi suallar doğuran məqamların qaldığını müşahidə etdik. Artıq ilkin araşdırmalar göstərir ki, bəzi layihələrin qalib seçilməsi qanunvericiliyin ən xırda detallarına qədər nəzərə alınması ilə deyil, daha çox qeyri-rəsmi münasibətlər, tanışlıqlar və qapalı qərar mexanizmləri ilə əlaqəlidir.

Maraqlıdır ki, qrant müsabiqəsi elan edilməmişdən cəmi bir gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi açıqlama verərək bildirmişdi ki, bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara uyğun şəkildə qiymətləndiriləcək və maliyyələşdiriləcək. Bu bəyanat ictimaiyyətə şəffaf və qaydalara əsaslanan bir proses vəd edirdi. Lakin elan edilən nəticələr həmin vədlərin reallıqla nə qədər uyğunlaşdığını ciddi şəkildə şübhə altına aldı.

Təkcə bir fakt bu şübhələri əsaslandırmaq üçün kifayətdir. Dünən ilk olaraq Qarabağ Dirçəliş Fondu ilə birgə elan edilmiş müsabiqənin nəticələri açıqlanarkən qaliblər arasında “Gilavar Foto Klubu”nun adı böyük qrant kateqoriyasında – 45 min manat məbləğində maliyyə ilə göstərildi. QHT sektorunda bu təşkilatın adı çox yeni olduğu üçün Yenixeber.org olaraq bu məsələni araşdırmalı olduq. Məlum oldu ki, bu təşkilata qrant ayrılarkən, Nazirlər Kabinetinin təsdiq etdiyi qayda nəzərə alınmayıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası”nda açıq şəkildə qeyd olunur:

“5.1. Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:

5.1.4. Layihə təqdim edən QHT-nin son 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması”.

Bu maddənin məntiqi çox sadədir: böyük məbləğdə dövlət vəsaiti ayrılan təşkilat müəyyən təcrübəyə və fəaliyyət tarixçəsinə malik olmalıdır. Yəni bu kateqoriyada iştirak etmək üçün təşkilatın azı 5 illik fəaliyyəti olmalıdır.

Lakin rəsmi məlumatlara görə “Gilavar Foto Klubu” yalnız 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb(?)

 Belə olan halda sual yaranır: qaydalarda açıq şəkildə göstərilən tələblər necə və hansı əsaslarla nəzərə alınmayıb?

Bu fakt sadəcə texniki səhv kimi izah edilə bilməz. Çünki söhbət kiçik formal uyğunsuzluqdan deyil, birbaşa müsabiqənin əsas şərtlərindən birinin pozulmasından gedir. Əgər bu cür fundamental tələblər nəzərə alınmırsa, onda ümumiyyətlə həmin qaydaların mövcudluğu hansı məqsədə xidmət edir?

Təəssüf ki, bu, yeganə problem deyil. İlkin təhlillər göstərir ki, müsabiqə nəticələrində başqa qəribə tendensiyalar da var. Bəzi hallarda böyük ideya və geniş təsir imkanları olan layihələr cəmi 7 min manat maliyyə alır, lakin çox kiçik fəaliyyətlərdən ibarət layihələr 20 min və daha artıq vəsaitlə dəstəklənir. Bu isə qiymətləndirmə meyarlarının nə qədər obyektiv tətbiq olunduğu barədə ciddi suallar doğurur.

Digər diqqət çəkən məqamlardan biri isə bəzi layihələrin QHT-lərin nizamnamə məqsədləri ilə uyğun gəlməməsidir. Bundan əlavə, bir sıra layihələrin faktiki olaraq dövlət qurumlarının onsuz da həyata keçirdiyi fəaliyyətləri təkrarladığı müşahidə olunur. Bu isə həm resursların səmərəsiz xərclənməsi, həm də vətəndaş cəmiyyətinin real təşəbbüslərinin arxa plana keçməsi deməkdir.

Ən təhlükəli tendensiya isə odur ki, bu proses getdikcə formal müsabiqə xarakteri alır. Kağız üzərində qaydalar, komissiyalar və qiymətləndirmə mexanizmləri mövcuddur, lakin real qərarların hansı prinsiplərlə verildiyi barədə ictimaiyyətə aydın izah təqdim edilmir. Belə hallarda isə cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: qalib layihələri ideyalar və nəticələr deyil, əlaqələr və tanışlıqlar müəyyən edir.

Əgər doğrudan da vətəndaş cəmiyyətinin inkişafı məqsəd kimi qoyulubsa, onda qrant müsabiqələrinin ən böyük kapitalı etimad olmalıdır. Etimad isə yalnız bir halda yarana bilər - qaydalar hamı üçün eyni tətbiq ediləndə və istisnalar üçün gizli qapılar saxlanılmayanda.

Əks halda, dövlət dəstəyi mexanizmi real təşəbbüsləri stimullaşdırmaq əvəzinə, sadəcə dar bir çevrənin maliyyə mənbəyinə çevrilmək riski ilə üz-üzə qalır.

Digər qanun pozuntuları və şübhəli məqamlarla bağlı növbəti yazılarımızda daha detallı faktları təqdim edəcəyik.(Yenixeber.org)

  ***

Bu gün (17.03.2026) qarşı tərəfdən- “Gilavar Foto Klubu”
İctimai Birliyindən İdarə Heyətinin sədri Rəşad Mehdiyevin imzası ilə yazıda yer alan iddialarla bağlı cavab məktubu daxil oldu. Məlum qanun və prinsiplərə uyğun olaraq, qarşı tərəfin cavabını olduğu kimi dərc edirik:   

“Yenixeber.org" saytında dərc olunmuş məqaləyə dair “Gilavar Foto Klubu”
İctimai Birliyinin rəsmi mövqeyi

1. Təşkilatın qeydiyyat tarixi və 5 illik fəaliyyət tələbi barədə əsassız iddialar:
Məqalədə “Gilavar Foto Klubu” İctimai Birliyinin guya 2022-ci ilin yanvarında
qeydiyyata alındığı və qrant müsabiqəsinin şərtləri üçün tələb olunan 5 illik fəaliyyət
müddətinə cavab vermədiyi iddia olunur. Bu məlumat tamamilə yalandır və
elementar jurnalist araşdırmasının aparılmadığını göstərir. Təşkilatımız 2017-ci ildə
təsis olunub və 8 ildən artıqdır ki, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə
aktiv, fasiləsiz fəaliyyət göstərir. 2022-ci ildə isə Ədliyyə Nazirliyinə dövlət
qeydiyyatına alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş
qaydalara əsasən, bu kateqoriyalı böyük qrant müsabiqəsində iştirak edən təşkilatın
ən azı 5 illik fəaliyyət tarixçəsi olmalı və bu müddət ərzində fəaliyyəti barədə ən azı
20 fərqli məlumat media subyektində yayımlanmalıdır. “Gilavar Foto Klubu” nəinki
bu minimum tələbləri ödəyir, onları dəfələrlə üstələyir. Geridə qoyduğumuz 8 ildən
artıq müddət ərzində həyata keçirdiyimiz layihələr və tədbirlər barədə mətbuatda
yüzdən artıq məlumat, xəbər və məqalə dərc olunub. Təkcə YouTube kanalımızda
fəaliyyətimizi əks etdirən 150-dən çox videomaterial mövcuddur. Həmin videoların
böyük əksəriyyəti məhz respublika əhəmiyyətli televiziya kanallarında təşkilatımız
barədə yayımlanmış süjetlər və reportajlardır. Bu qədər açıq və təkzibedilməz
faktların olduğu halda, təşkilatın fəaliyyət tarixinin bilərəkdən və ya qeyripeşəkarlıqdan təhrif edilməsi qəbuledilməzdir.
2
2. “Tanışlıq prinsipi” ilə bağlı əsassız və böhtan xarakterli iddialar:
Məqalədə qrantların guya hansısa “tanışlıq prinsipi” əsasında verildiyi iddia
olunur. Bu cür əsassız yanaşma birmənalı şəkildə qəbuledilməzdir və təşkilatımızın
işgüzar nüfuzuna kölgə salmaq cəhdidir. “Gilavar Foto Klubu” İctimai Birliyi fəaliyyəti
dövründə təkcə qrant layihələri ilə kifayətlənməyib. Biz tamamilə öz gücümüzə,
müxtəlif dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində həm sosial yönümlü, həm
də fotoqrafiyanın inkişafına xidmət edən onlarla fərqli layihə həyata keçirmişik.
Təşkilatımızın əldə etdiyi bütün uğurlar heç bir “tanışlıq” deyil, məhz illərin gərgin
əməyi və peşəkar fəaliyyətin nəticəsidir.
Əgər bu cür ciddi və ləkələyici iddia irəli sürülürsə, o zaman mütləq şəkildə
ortaya konkret faktlar qoyulmalıdır. Heç bir fakta və sübuta əsaslanmayan belə
fikirlər açıq böhtandır və dərhal təkzib olunmalıdır. Təşkilatımızın indiyə qədər
gördüyü bütün işlər tam şəffafdır. Təşkilat haqqında, eləcə də həyata keçirdiyimiz
bütün layihələr barədə ətraflı məlumatları rəsmi veb-saytımızdan (gilavar.az) və
sosial şəbəkə hesablarımızdan asanlıqla əldə etmək mümkündür.
3. Fəaliyyətin nizamnaməyə uyğunluğu və layihələrimiz:
Yazıda bəzi təşkilatların fəaliyyətinin nizamnamə məqsədlərinə uyğun
gəlmədiyi vurğulanır. Diqqətinizə çatdırırıq ki, hazırda icra edəcəyimiz “Məqsəd 18:
Minasız dünya” layihəsi, eləcə də bundan əvvəl mina qurbanları ilə bağlı həyata
keçirdiyimiz digər layihələr tamamilə fotolayihələrdir. Bir foto klubu olaraq mina
problemini fotoqrafiyanın dili ilə ictimaiyyətə çatdırmaq təşkilatımızın nizamnamə
məqsədlərinə tam uyğundur.
Xüsusilə vurğulamaq istərdik ki, bu fəaliyyət sadəcə yerli çərçivə ilə
məhdudlaşmır. “Gilavar Foto Klubu” 2024-cü ildə mina qurbanları ilə bağlı Avropanın
bir ölkəsində, ötən il isə dörd Avropa ölkəsinin beş fərqli şəhərində genişmiqyaslı
fotosərgilər təşkil edib. Həmin sərgilər məhz erməni diasporunun aktiv fəaliyyət
göstərdiyi və daha kompakt şəkildə yaşadığı ərazilərdə, açıq hava altında, mərkəzi
meydanlarda həyata keçirilib. Bütün bunlar təşkilatımızın gərgin komanda işinin və
peşəkarlığının bariz nəticəsidir.
Ümid edirik ki, məsələyə peşəkar jurnalistika prinsipləri çərçivəsində
yanaşaraq, bu mövqeyimizi olduğu kimi dərc edəcək və ictimaiyyətdə yaranmış
yanlış rəyi aradan qaldıracaqsınız.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam