Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib-FOTO

 

Uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olmuş Saleh Məmmədovun təyin etdiyi Xüsusi Təyinatlı Yol İstismarı İdarələrinin rəhbərlərinin ciddi təşviş içində olduğu aşkar görünür.  İddialara görə, illərlə nəzarətlərində olan yolları və keçidləri baxımsız, təmirsiz saxlayan, dövlət vəsaitlərini və avadanlıqlarını təyinatı üzrə istifadə etməyən bəzi idarə rəhbərləri hazırda yeni AAYDA sədri Vüsal Nəsirlinin etimadını qazanmağa çalışırlar. Ki,vəzifədə qalsınlar? 

Yenixeberorg.com: AAYDA-nın tabeliyindəki bəzi idarə rəhbərləri sosial şəbəkələrdə əli lapatkalı, süpürgəli işçilərin görüntülərinin paylaşılması, bərbad kənd yollarına bir neçə maşın daş və çınqıl tökülərək bunun videogörüntü, tarixi ilə sistemsiz, bayağı təqdim edilməsi ilə vəziyyətdən çıxmağa, özlərini “işləyirik” kimi göstərməyə cəhd edir.

Bu görüntülərin həm bayağı təsir bağışladığı, həm də müəyyən mənada AAYDA-nın yeni rəhbəri Vüsal Nəsirliyə mesaj kimi qiymətləndirilə biləcəyi açıq görünür. Onlar demək istəyirlər ki, "baxın Vüsal Nəssirli, görürsüz biz işləyirik"...

Məsələn, belə hallardan biri AAYDA-nın nəzdində fəaliyyət göstərən Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsində müşahidə olunur.
Məlumata görə, İdarənin rəisi Nazim Eynallının rəhbərliyi ilə qurumun “Facebook” hesabında ardıcıl olaraq paylaşılan videolarda tarixlər göstərilməklə əli süpürgəli, lapatkalı şəxslər çəkilir və yolların təmizləndiyi qeyd olunur.

Redaksiyamıza daxil olan məlumata görə, bu videogörüntülər məhz Nazim Eynallının göstərişi ilə çəkilir və yayılır. Hətta qeyd olunur ki, paylaşımların daha çox bəyənmə toplaması üçün işçilərə tapşırıq verilir, onların özləri və ailə üzvləri tərəfindən paylaşımlara müsbət rəylər - “Kolxozçunun təşəkkür məktubları”na bənzər şərhlər yazılması tələb olunur.

Beləliklə, Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Nazim Eynallı bu üsullarla vəzifədə qalmağa çalışır. 

Amma AAYDA sədri Vüsal Nəsirlinin sələfi Saleh Məmmədovun dövründən qalan və dövlət vəsaitlərinin qeyri-səmərəli istifadəsi nəticəsində yolları, səkiləri və keçidləri bərbad vəziyyətə salan bəzi idarə rəhbərləri ilə vidalaşacağı danılmazdır. Bu siyahıda Şamaxı rayon 19 saylı idarənin rəisi Nazim Eynallının da olduğu şübhəsizdir. Vüsal Nəsirlinin belə abartlı idarə rəsiləri ilə işləyəcəyi sual altındadır. AAYDA sədrinin göstərişi ilə digər idarələr kimi, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin də əvvəlki fəaliyyətinin yoxlanılmasına başlanacağı gözlənilir.

Vəzifə öhdəliklərinin bu formada - yalnız görüntü xatirinə yerinə yetirilməsi bir dövlət qulluqçusu üçün qəbuledilməz hal kimi qiymətləndirilir. Bəzən hətta biznesmenlər belə öz vəsaitləri hesabına gördükləri işləri reklam etməyə ehtiyac duymur və adlarının hallanmasını istəmirlər. Dövlət avadanlıqları ilə illər əvvəl görülməli olan işlərin indi yarımçıq şəkildə həyata keçirilməsi və bunun geniş şəkildə nümayiş etdirilməsi və  qabardılması da özlüyündə ciddi suallar doğurur. Nə olub, Nazim Eynallı?  Bu hay-həşirə nə ehtiyac var? Tik-Tok-da izləyici toplayan tiktokerlər kimi bu nə gözəgirmədir? 
Bu sadəcə biabırçılıq və vəzifə qorxaqlığıdır.

Sonda qeyd edək ki, adı çəkilən şəxsin müxtəlif qalmaqallı hadisələrdə hallandığı barədə də iddialar mövcuddur və bu da onun reputasiyası ilə bağlı müzakirələri artırır.(bizimesr.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam