Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

FƏDAKAR XARAKTERLİ SABİR RÜSTƏMXANLI

 

 

VƏ HEYRƏT İÇİNDƏ BOĞULANLAR

 

...Ehtiraslı adamın danışığı əsil gerçəkliyi təhrif edir..Çünki belə adamları şeylərin mahiyyəti haqqında danışmağa onların düşüncələri deyil, coşğun ehtirasları vadar edir.  Səfehlikdən gülənlərin xarakterisə özü-özünə açılır...

Ürəyi Vətən eşqilə döyünən Qurd ağızlı qəhrəmanların elə, obaya bağlılıqları heç kimdə şübhə doğurmur. Ancaq məsələ burasındadır ki, qəlbində Vətən eşqi olan kəslərin bu millətin taleyini yaşayan aydınlarımıza münasibətdə tamam fərqli mövqedən çıxış etmələri dolayısı yolla həmin kəslərin özü-özlərini inkar etmələridir. Yurdun ən ağır günündə qılınc-qalxana  dönən oğul və qızlarımızın apardıqları mücadilə təkcə döyüş meydanlarında olmayıb. Siyasi müstəvidə saysız-hesabsız kombinasiyalarla masa üzərinə gətirilən çirkin planların qarşısının alınması elə bir ordunun işini görmək kimi şeydir. Bu gün döyüşçü qardaşlarımızın iddiaları ilə müqayisədə irad tutduqları Milli Azadlıq Hərəkatımızın Öncüllərinin apardıqları mücadiləni faktların işığında müqayisə edəndə istər-istəməz XX əsrin nəhəng satirik-şairlərindən olan Baba Pünhanın misraları yada düşür: ”“Qızıl dirək qəsirdədir, o qız-gəlin əsirdədir: İgidlərin qəbirdədir, çuçur-çumur adın nədir?”...

Sosial şəbəkədə aparılan müzakirələrdə Sabir Rüstəmxanlı ilə digər müxalifətçi liderlərin eyniləşdirilərək onlara qarşı korafəhmcəsinə göstərilən təpki məni bu yazını yazmağa vadar etdi...Xalqı inandırmaq böyük məharət və səmimi münasibət tələb etdiyindən ancaq öz işində əzəmət göstərənlər buna nail olurlar. Bütün sahələrdə səbrli olmaq insanın müdrikləşməsini tənzimləyən keyfiyyətdir. Və bu davranışlar insana hikkə yox, sevgi bəxş edir. Hansı ki, bir zamanlar Milli Azadlıq Hərəkatının Öncülləri taleyin hesabına həmin Sevgini qazanmışdılar. Sonradan öz  səylərin hesabına Zirvəni fəth edənlər də oldu, Zirvəyə doğru gedən Yolda əhdi kəsilənlər də oldu və siyasi potensialları həmin Zirvəyə çatmaq üçün yetərli olmayanların özündən yuxarıda dayananlara daş atmalarının da şahidi olduq. Ancaq göyə daş ataraq gülünc iddiaların peşində olanlar anlamaq istəmədilər ki, atılan daşlar elə öz başlarına yönələcək. Çünki, “göy üzü daş saxlamaz, atam balası..”.

Xalq qəlbində nifrət hissini yaşadanları sevməz. Bəlağətli, pafoslu çıxışlarıyla xalqı inandırmaq istəyənlər Rüstəmxanlının Azərbaycan siyasi düzəninə “barışmazlıq” sindromula bəxş etdyi İSTEFA MƏDƏNİYYƏTİNİ,  Vətəni tapdaq altında qalan ziyalının şəstlə orden, medal gəzdirməsini özünə ar bilərək ortaya qoyduğu İMTİNA MƏDƏNİYYƏTİNİ incələsələr, pis olmaz. Hansı ki, həmin vəzifələr, həmin medallardan ötəri filan, filan şeyləri edənlər var...İncələyin bunları, cənablar, incələyin və sonra da Rüstəmxanlı ilə eyniləşdirdiyiniz siyasi fiqurların çəkisindən xəcalət çəkəcəyiniz qədər böyük olduğunuzu etiraf edin...

İçində yurd, torpaq sevgisi yaşadan, ürəyi Azadlıq eşqiylə döyünən, özünü özgürlüyümüzün qorunub saxlanılması, zülmətlərin yarılmasında sönməyən məşəl tək göstərməyə çalışanlar yaxşı olar ki, sovet dönəmini demirəm, ən azından müstəqilliyimizi qazandığımız andan ta bu günədək olan mərhələni saf-çürük etsinlər. Onda görəcəklər ki, ağıllarının süzgəcindən deyil, ağızlarının deşiyindən püskürdükləri nəsnələrə görə bu adamlar nə qədər günahkardılar.

BÜTÖVLÜYÜ, TAMLIĞI qurduğu siyasi partiyanın fonunda cəmiyyətə təqdim edən Sabir Rüstəmxanlıyla müqayisədə onunla bir cərgəyə qoyulanların sərsəm iddiaları fonunda öz təşkilatlarını caysız-hesabsız qollara parçalayaraq siyasi əxlaqsızlığı cəmiyyətin yaşam tərzinə çevirmə cəhdlərini GÖRMƏDİNİZMİ?

Ümidsizlikdən hakimiyyətin atdığı addımların qarasınca deyinməyi və elə bununla da öz siyasi varlıqlarını qorumağa çalışaraq yanlış hərəkətlərinə bəraət qazandıranlarla müqayisədə Sabir Rüstəmxanlının cəmiyyətə təqdim etdiyi islahatçı mövqeyi GÖRMƏDİNİZMİ?

Rüstəmxanlının mövqeyi müstəqilliyimizin hakim kəsildiyi ümumu quruluşu  kökündən dəyişdirmədən, ortalığa çıxan ziddiyyətlərin miqyasını azalda bilən,  eləcə də azadlığımızı təhdid edərək rezonans doğuran partlayışların qarşısını almağa imkan verən mövqeyini – yəni, BÜTÖVÜ  QORUMAQ NAMİNƏ NƏYİSƏ DƏYİŞMƏ PRİNSİPİNİ GÖRMƏDİNİZMİ?

 Demokratik mübarizənini ən son variantı olan mitinqlərin tamını, dadını qaçırdan “real müxalifətçilər” dən fərqli olaraq Rüstəmxanlı özünün istədiklərini Kütləyə təqdim etmədi, əksinə Kütlədən gələn sosial sifarişin qulluğunda dayanmağı özünə borc bildi və sizlər bunu heç GÖRMƏDİNİZMİ?

Rüstəmxanlı rəhbərlik etdiyi siyasi qurumun  hakimiyyətə gəlmək kimi  ali məqsədini bəyan etməklə yanaşı həmin məqsədə doğru gedən yolda istifadə oluna biləcək vasitələrin ən optimal variantını da həm partiyadaşlarına, həm də siyasi düşərgələrə təqdim etdi. Və sizlər bunu GÖRMƏDİNİZMİ?

Müxalifətçi düşüncənin (sizlər müxalifətçiliyinizi hakimiyyətə deyil, dövlətə qarşı, Rüstəmxanlı isə dövlətə deyil, hakimiyyətə qarşı yönəltmənin əməli təqdimatını sərgiləyib) qorunub saxlanılması, ideoloyi  müstəvidə fikirlərin ardıcıl, intensiv  şəkildə təqdimatı, millətimizin maraqları naminə dövlət siyasi mexanizminin işinin daha səmərəli, daha effektiv hala gətirilməsində Rüstəmxanlının xidmətlərini GÖRMƏDİNİZMİ?

Eyforik yanaşmalarınızı bir yana qoyub, baş verənləri faktların işığında oxuyun.

Razılaşmayanların menyüsünə: gətirin bütün siyasi fiqurları gözünüzün önünə  - dünən sərgilədiyi siyasi yanaşmalarda dilə gətirdiyi “faktlar”ın altından bu gün öz imzasını qoya biləcək bir müxalifət lideri varmmı?

Var: O DA - SABİR RÜSTƏMXANLIDIR.

Ötən zaman kəsiyində yaradılan saysız-hesabsız müxalifət birliklərinə münasibətdə Rüstəmxanlının verdiyi proqnoz üstündən 5-6 ay keçməmiş necə var, eləcə də öz təsdiqini tapıb.  Bəs əvəzində öz təbliğat maşınında daha çox konsensusun tərəfdarı kimi çıxış edən VHP sədri nə ilə qarşılaşıb. Baxın.

Bütün çirkin vasitələrdən istifadə etməklə Rüstəmxanlının ünvanına hədyanlar yağdırılıb, iftiralar söylənib – ancaq Rüstəmxanlı susub və yenə də ÖZ YOLUna davam edib.

Özünü “gerçək müxalifət” adlandıranlar onların yaratdıqları quruma qoşulmadığına görə Rüstəmxanlını “satqın”, “cib müxalifəti” adlandırıb – ancaq Rüstəmxanlı susub və yenə də ÖZ YOLUna davam edib.

Siyasi əxlaqdan, mənəvi prinsiplərdən uzaq olmalarına baxmayaraq onun yaşam tərzini əbədi sakinləri olduqları və olacaqları siyasi bataqlıqlarda müzakirələrə çıxarıb bununla bağlı məntiqsiz və səviyyəsiz fikirləri cəmiyyətə təqdim ediblər - ancaq Rüstəmxanlı susub və yenə də ÖZ YOLUna davam edib.

Opponentləri VHP-nin siyasi sütununu sarsıtmaq üçün “real müxalifət” səylərini cəmiyyətə sırımaqla ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışıblar -  ancaq Rüstəmxanlı susub və yenə də ÖZ YOLUna davam edib....

Və bu SUSMAĞIN ARXASINDA bütün qarmaqarışıq məqamlarda belə ən düzgün məntiqə söykənən ZƏKA VƏ BÖYÜK SİYASİ TƏCRÜBƏ dayanır!

Rüstəmxanlının timsalında hadisələrə müdrik politoloyi yanaşmalar dayanır!

Mələklərin insanlarda qibtə etdikləri iç duyğu olan – ƏDALƏTİN MÜCƏSSƏMƏSİ dayanır!..

25 il  müddətində qanunların qəbul edilməsində ən aktiv iştirakçı kimi çıxış edən bir ADAMa müxalifətçi illüziya daşıyıcılarının hansısa formada irad tutmaları vallah çox bəsit görünür. Şəxsiyyətin formalaşmasında mühit böyük rol oynayırsa, onda necə olur ki, ömrü-günü qanunverici orqanda keçən bir kəs çayxanalarda dedi-qodularla məşğul olanlardan “zəif siyasətçi” olur?

“Hakimiyyəti söymək” siyasi divident əldə etməyin yolu deyil. Kim bu yolla gedirsə, deməli onları düşündürən heç də xalqın maraqları deyil, sadəcə olaraq, kütlə psixologiyasına yönəli və qarın niyyətindən irəli gələn bir addımdır. Adama deyərlər ki, qardaş sən də “söydüyün” hakimiyyət nümayəndələri kimi yeyib, içib, kef edirsənsə, onda dediyiniz “zillətə möhtac olanlar” kimlərdir? Deməli, sənin də bu “zillətə möhtac olan xalq”a aidiyyatın yoxdur, amma di gəl ki, özünüzü mələk timsallı kimi göstərməyə çalışırsınız...

Eyni frazalar altında oxunan siyasi mozələr zaman ötdükcə bu qüvvələri hətta öz elektoratları qarşısında belə cılızlaşdırıb. İstər-istəməz adi vətəndaş da baş verənləri öz məntiqinin süzgəcindən keçirir.

DEMƏLİ, belə çixır ki,  əgər bu gün dolların qiyməti qalxmasaydı, “Məhsul” yığımı da olmayacaqdı?!

DEMƏLİ, belə çıxır ki, hakimiyyət hansısa yurnalisti həbs etməsəydi, onda söz azadlığından da danışan olmayacaqdı?!

DEMƏLİ, belə çıxır ki, bu gün siyasi məhbuslar olmasaydı, onda heç kim də siyasi plüralizmdən danışmayacaqdı?!..

Aha, ONDA BELƏ ÇIXIR ki, müxalifətin fəaliyyətini stimullaşdıran, onları daha da aktiv hala gətirən elə hakimiyyətin Ö-ZÜ-DÜR...

Bütün bunların fonunda gəlinən nəticə budur:  QƏLƏBƏ ANCAQ FƏDAKAR XARAKTERƏ SÖYKƏNİR -  O DA , SABİR RÜSTƏMXANLIDAdır!

Yerdə qalan və bu gün Sabir Rüstəmxanlını  “xalq şairi” kimi qiymətləndirməklə onun siyasi fəaliyyətinə dolayısı yolla mız qoyanlar əslində BÖYÜK BİR HEYRƏTİN İÇİNDƏ BOĞULANLARdır.

Bəli, doğrudan da, BÖYÜK BİR HEYRƏTDİR: o qədər işin-gücün içində yenə də yaz, yarat, uğurlu sabahımız üçün yazdığın əsərlərdə milli konsepsiyanın  hədəflərini heç kimdən, heç nədən çəkinmədən gələcək nəsilə təqdim et....daha nələr, nələr... Bunu görən qısqanc opponentlərin ürəkdə “vay dədəm, vaaay!” – deyib, aladadıcı yestlərlə kütlə psixologiyasını ələ alma cəhdləri tam şəkildə başadüşüləndir.

 

Siyasi ehtiraslarının düşkünü olanlar  özlərini cəmiyyərtə zorən sevdirdikləri halda, Rüstəmxanlı özü bu miləti, bu yurdu sevdi, onun “Ömür kitabı”nı övladlarına cehiz, göz bəbəyi kimi qorunacaq əmanət kimi verdilər, Ona olan sevgilərini kütləvi şəkildə bəyan etdilər...Məhz bu QARŞILIQLI SEVGİNİH MÖCÜZƏSİ indi səfehlikdən çırmananlar üçün  göz dağına çevrilib.... 

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam