Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 16-da ABŞ fond bazarlarında əsas indekslər ticarət sessiyasını artımla başa vurub.
Yenixeberorg.com: Dow Jones 0,24% və ya 115 bənd artaraq 48 578,72 bəndə yüksəlib, S&P 500 0,26% və ya 18,33 bənd artaraq 7 041,28 bənd olub, Nasdaq isə 0,36% və ya 86,68 bənd artaraq 24 102,70 bəndə çatıb.
Avropa bazarlarında qarışıq dinamika qeydə alınıb. FTSE 100 0,29% (30,41 bənd) artaraq 10 589,99 bənd, DAX 0,36% (87,77 bənd) artaraq 24 154,47 bənd olub. Eyni zamanda, Euro Stoxx 50 0,12% (7,06 bənd) azalaraq 5 933,28 bəndə, CAC 40 isə 0,14% (11,87 bənd) azalaraq 8 262,70 bəndə enib.
Asiya bazarlarında isə azalma üstünlük təşkil edib. Nikkei 225 0,97% və ya 576,42 bənd azalaraq 58 941,92 bəndə düşüb, Hang Seng 1,32% və ya 347,28 bənd azalaraq 26 046,98 bənd olub, Shanghai Composite isə 0,30% və ya 14,20 bənd azalaraq 4 722,41 bənd təşkil edib.
Analitiklərə görə, ABŞ bazarlarında artım texnologiya sektoruna marağın davam etməsi ilə əlaqələndirilir, Asiya bazarlarında isə azalma investorların ehtiyatlı mövqeyi və qazanc realizasiyası ilə izah olunur.

AZ
RU