Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?

“AccessBank”ın 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatı bankın mənfəətlilik baxımından irəliləyiş etdiyini göstərsə də, sənədlərdəki detallar aktivlərin keyfiyyəti ilə bağlı fərqli məqamları üzə çıxarır.

Yenixeberorg.com: Bank rəsmi olaraq rübü 12,9 milyon manat xalis mənfəətlə başa vurduğunu elan edib.

Bankın “Kredit portfelinin keyfiyyəti” və “Likvidlik riski” hesabatlarına istinad etdikdə, bu mənfəətin hansı risk şəraitində formalaşdığı aydın görünür.


              Kredit kartlarında kütləvi gecikmələr

Bankın təqdim etdiyi kredit portfelinin sektorlar üzrə bölgüsünə dair hesabatda ən diqqət çəkən məqam vaxtı keçmiş borcların həcmidir. Cəmi 1 milyard 341 milyon manatlıq portfelin 88,2 milyon manatdan çoxu gecikmədə olan kreditlərdən ibarətdir. Xüsusilə kredit kartları üzrə vaxtı keçmiş borcların payı 25,9 faizə yüksəlib ki, bu da bankın bu sahədə ciddi yığım problemi yaşadığını təsdiqləyir. Tikinti sektorunda isə bu göstərici 18,1 faiz təşkil edir. Sənəddə bir ildən artıq müddətdir ödənilməyən kreditlərin həcminin 48,5 milyon manat olduğu qeyd olunur ki, bu da portfelin təmizlənməsi üçün bankın əlavə addımlar atmasını zəruri edir.

          Likvidlik göstəricilərindəki disbalans

Likvidlik riski hesabatında aktiv və öhdəliklərin müddət bölgüsü arasındakı fərq bankın maliyyə dayanıqlığı üçün suallar yaradır. Hesabata istinadən qeyd etmək olar ki, bankın ani öhdəlikləri 324,5 milyon manat olduğu halda, buna qarşı əlində olan ani aktivləri cəmi 72,6 milyon manatdır. Nəticədə bankın ani ödəniş qabiliyyəti üzrə 251,9 milyon manatlıq neqativ kəsiri yaranır. Bu disbalans əsasən fiziki şəxslərin tələbli depozitləri hesabına formalaşır. Bank bu boşluğu daha uzunmüddətli aktivlərlə kompensasiya etməyə çalışsa da, ani vəsait tələbi yarandığı halda bu vəziyyət likvidlik təzyiqini artıra bilər.

                 Açıq valyuta mövqeyi və mənfəət marjası

Bankın valyuta risklərinə dair hesabatında dollar üzrə qısa mövqedə olduğu görünür. Belə ki, dollar öhdəlikləri aktivləri təxminən 3 milyon manat ekvivalentində üstələyir və bu da valyuta üzrə -1,20 faizilik açıq mövqe yaradır. Digər tərəfdən, mənfəət və zərər hesabatında mənfəətin əsasən kredit faizlərindən (65,8 milyon manat) gəldiyi, lakin mümkün zərərlər üçün cəmi 3,6 milyon manat ehtiyat ayrıldığı əks olunub. Vaxtı keçmiş borcların ümumi həcmi fonunda ayrılan bu ehtiyatın azlığı, xalis mənfəət rəqəminin daha yüksək görünməsinə səbəb olur. Bankın növbəti dövrlərdə bu riskləri necə balanslaşdıracağı maliyyə sektorundakı mövqeyi üçün həlledici olacaq.

Xatırladaq ki, ötən ilin sentyabrında “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti səyyar vergi yoxlamaları nəticəsində əlavə vergi və maliyyə sanksiyasına cəlb edildiyi barədə məlumat vermişdik. Səyyar vergi yoxlamaları üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində bank üçün 337,017.09 manat əlavə vergi və 214,048.57 manat maliyyə sanksiyası hesablanmışdı.

Qeyd edək ki, nizamnamə kapitalı 121,749,658 AZN olan bankın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk, İdarə Heyətinin sədri isə Davit Tsiklauridir.(32gün.az)

Ayaz Musaköylü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam