Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

 

Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

Yenixeberorg.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını deyib. Ermənistan və Azərbaycan arasında münaqişə haqda danışan H.Hacıyev qeyd edib ki, 30 il ərzində Rəsmi Bakıya müxtəlif tərəflərin həll variantları diktə olunurdu: "Bölgədə liderliyi öz üzərinə götürəndə və öz regionuna sahib çıxanda, insan öz düzgün maraqlarını və doğru həll yollarını tapa bilir. Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".

H.Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər:

"Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik".

H.Hacıyev qeyd edib ki, Azərbaycan Xəzər dənizində əldə edəcəyi hidrokarbon enerji imkanlarını bütün regionun faydasına yönəltmək niyyətindədir.

Onun sözlərinə görə, bu yolla həm Türkiyənin, həm Azərbaycanın, həm də region ölkələrinin maraqlarına xidmət etmiş olunacaq:

"Hətta belə təşəbbüslərlə regionlararası rifahı da təmin edə bilirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam