Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

EYBƏCƏR CƏMİYYƏT KODEKSİ

 

 

     BU KODEKSİ KİMLƏR  TOPLUMA TƏQDİM EDİR?

 

     "xeberinfo.com": İctimai münasibətlərdə vətəndaşların formal müstəqilliyini və azadlığını bildirən hüquqi bərabərlik prinsipi çağdaş dövrümüzdə də mühüm əhəmiyyət kəsb etməkdədir. Qanunvericilikdə də təsbit olunduğu kimi irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq ölkənin bütün vətəndaşları bərabər hüquqlara malikdir və bir təbəqənin, yaxud hansısa sosial qrupun başqalarına münasibətdə heç bir üstün hüququ yoxdur. Təbii ki, belə bərabərliyin özündə bir ədalətlilik də ifadə olunur Axı fərdlərin davranışları həm də cəmiyyətin kimliyini, nəyə qadir olduğunu xarakterizə edən keyfiyyətlərdəndir....

     Ancaq ictimai münasibətlər zəminində cəmiyyətimizdə baş alıb gedən bir sıra neqativ hallar elə həmin “bərabərlik” və “ədalətlilik” prinsipi ilə tərs mütənasibdir. Təbii coğrafi mühit və cəmiyyət şəxsiyyətin formalaşmasında mühüm faktor olsa da, makro və mikromühitin bu məsələdə rolu danılmazdır. “Makromühit”  deyəndə, böyük bir cəmiyyət nəzərdə tutulur. Şübhəsiz ki, totalitar bir cəmiyyətdə yaşayan, inkişaf edən, tərbiyə alan insanın davranışları, həyata baxış tərzi daha mütərəqqi ideallara söykənən cəmiyyətdəkindən çox-çox fərqli olacaq. “Mikromühit” deyəndəsə kiçik qruplar, ailələr nəzərdə tutulur. Məhz burada formalaşan insanlar sonradan özünəməxsus xarakterləriylə birgə makromühitə inteqrasiya olunurlar. Deməli, əgər bir fərd yaşadığı ailədə valideyinlərindən birinin digərinin üzərində “ağalığı”nı görürsə,  heç şübhəsiz ki, bu hal onun sosial sistemdəki davranışlarında da bir katalizator rolu oynayacaq. Hələ mən ailədaxili mübahisələrin pik həddə çatması  və bunun ictimailəşəndən sonra fərdlərə olan təsirindən danışmıram. Fərdlərarası münasibətlərin belə qurulmasısa həm hüquqi bazanın, həm də mental dəyərlərin tapdalanmasına gətirib çixarır. Şübhəsiz ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Nəzərə alsaq ki, ailədə nəzarətsizlik və sərt tərbiyə metodu sonucda qeyri-düzgün tərbiyə tipini formalaşdırır, onda belə prinsiplərin cəmiyyətə sirayət etməsinin qarşısı təcili alınmalıdır. Bəs bunun üçün atılacaq addım nədən ibarət olmalıdır?...

Tərbiyə idarəolunan proses olduğu üçün ilk növbədə özünütərbiyə metodundan başlamaq. Özünüdərksə özünütərbiyənin əsas və birinci komponentidir. Təəssüflər olsun ki, bir çox hallarda özünü dərk edən insanın fikirləri başqaları tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyi üçün cəmiyyətimizi içindən sarsıdan halların şahidi oluruq. Saatlarla vaxt aparan bayağı televerilişlərdəki mənasız müzakirələr və bu müzakirələr ətrafında etik normalara sığmayan canfəşanlıqlar, hətta öz şüurlarında və davranışlarında belə kök salmış zərərli əlamətləri görə bilmək iqtidarında ola bilməyən bəzi “ekspertlər”lə biz heç nəyə nail ola bimərik. Müntəzəm xarakterli teledebatlar təşkil olunmalı, hər bir mövzu üzrə müzakirələrə “ekspert” qismində qeyri-peşəkarlar deyil, cəmiyyətdə mənəvi çəkisi olan mütəxəssislər dəvət olunmalı, məhz onlar tərəfindən maarifləndirmə işi aparılmalıdır. Teleaparıcıların bunu etməmələri eybəcər cəmiyyət kodeksi və bunun daha böyük sferaya yayılma istəklərinin şifrələnmiş kodudur. “Kiçik dövlət” adlandırılan ailədə qız övladlarının doğulmasına ögey münasibətdən bəhrələnən tibbi personalın cinayətkar əməlləri, erkən yaşda qızların ərə verilməsi, məcburi evləndirmə, ər evində qadınların fiziki zorakılıqlara məruz qalmaları, təhqir olunmaları, bir çox bölgələrdə qızlarımızın təhsil hüquqlarının “əllərindən alınmaları”  kimi neqativ halların qarşısını qismən də olsa belə almaq mümkündür. “Qız uşağına baxmaq çətindir”, “qızın gələcəkdə necə adamla ailə həyatı quracağı bəlli deyil”, “qız zəif olur, ancaq oğlan nəslin davamçısıdır” kimi ifadələr əslində faktoloyi baxımdan əks tərəfin qadına olan təzyiqindən, Şərq despotizmindən irəli gəlir. Belə olan halda qadınların  kişilərlə bərabər hüquq və azadlıqlarının bərpa olunmasına çalışan qərbli feministlərin atdıqları addımlar alqışlanasıdır. Ancaq ən çox alqışa layiq və cəmi bəşəriyyətə örnək olansa həzrəti Peyğəmbərimizin (s.a.s) hədisidir : ”Üç qız böyüdüb boya-başa çatdıran, onları yerbəyer edən Cənnətlə müydələnmişdir”.

 

   Yeri gəlmişkən, türk və islam dünyasında ilk dəfə olaraq 1918-ci il Cümhuriyyət zamanında  şərqli qadınlara seçib-seçilmək hüququ veriləndə Qərb dünyası hələ bu barədə düşünməkdə idi. Di gəl ki, bu gün qərbli psixologiyası, düşüncə və həyata baxış tərzi bizimkindən daha mütərəqqidir. Qərbli şərqlilərin yaxşı nəyi varsa, hamısını mənimsəyib. Şərqlilərsə, əksinə - qərblinin mənəvi eybəcərlikləriylə vizual gözəlliklərini kompleks şəkildə özündə cəmləşdirməyə çalışır. Və bu da milli-mənəvi deqradasiyaya gətirib çıxarır. Hüquq bərabərliyimizi qoruyaq ki, saflaşmış cəmiyyətimizdə ədalət zəfər çalsın. Qoy yenə də qərblilər bir zamanlar elə özlərinin vurğuladıqları kimi yenə də uşaqlarını tərbiyə edərkən onlara “türk ol” desinlər...

 

 

 

 

                                                                                                                    GÜLNAR TEYMURLU

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam