Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MİKELANCELONUN QƏNAƏTİ

 

 

 

VƏ DİLAVƏR  KİŞİNİN  OĞLU  ŞAHİN  BƏYİN DƏVƏTİ

 

Xeberinfo.com:   Realist təfəkkürdən çıxış etmək lazımdır: nə SİYAVUŞ NOVRUZOVun, nə NAQİF HƏMZƏYEVin, nə də ANS-in vitse prezidenti ŞAHİN AĞAYEVin, bir də canım Sizə ərz eləsin, ELMAN RÜSTƏMOVla SAMİR ŞƏRİFOVun heç birinin dəsti-xətti yoxdur. Xalaoğlum Daxıl demişkən, həzrət Abbasın yeri-gögi titrədən nərəsinə and olsun, adını çəkdiyim hər üç şəxs yazanda eyni şriftli klaviaturadan istifadə edirlər.....Görən bu adamlar Bulqakovun "İt ürəyi" povestini oxuyublar?!. Və bu kəslərin danışıqları Mikelancelo demişkən, adamda lap dini təsir oyadır...

Hər zaman iş yoldaşlarımla, qohum-əqrəba, dost-tanış, tanış-bilişlə dava-şava eləmədən yalvar-yaxar edirəm ki, ay yoldaşlar, ay qardaşlar, ay nənələr. ay bacılar, ay qağalar, nə olar, öz televiziya kanallarımıza baxın da. Hamı mənə dodaq büzür, xətrimə dəyməmək üçün mənimlə razılaşırlar. Ancaq altdan-altdan onların sifətinə baxanda gözlərində qəbr əzabı görürəm. Və bu qəbr əzabını onlara yaşadan mənim "sayəmdə" bizim milli televiziya kanallarıdır. Məni də günaha batırırsınız e!..

Hər şeyin bir çərçivəsi, hər şeyin bir əndazəsi var. Ancaq bizim televizionçu aparıcı-qonaqlarımız nə çərçivə, nə də əndazə bilənə oxşamırlar. Hər şey qədərində gözəldir. Həmin qədəri aşırı dərəcədə istifadə edəndə artıq orada ictimai nifrət formalaşır. Digər bir tərəfdən sayın televizionçular görən fərqindədirlərmi ki, antitəbliğatın özü elə ən böyük təbliğatdır. Bütün bunları nəzərə alsaq, onda başda ANS KANALI olmaqla digər teleşirkətlər görən nəyin peşindədilər?

Qardaş, bu millət "Bakıbus"la, London taksilərilə təzəcə gəlməyib bu məmləkətə. Xalq nəyi, necə və harada olanı çox gözəl bilir. DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN bəy də aparıcısı olduğu verilişdə son zamanlarda ancaq adamların əsəblərini tarıma çəkməklə məşğuldur. Guya bu adamın dövlətə canı yanır, kreditor millətsə dövləti içindən parçalayır. "Niyə o borcları dövlət bağışlamalıdır?" deyən DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN bəyə intihar etmək yolunu seçən kreditor da analoji olaraq belə sual verər. Atam, bəs mən niyə görə 7800 manat borc qarşılığında 20800 manat dövlətə pul ödəməliyəm?...Bax ona görə vurğulayıram ki, qaş düzəltmək istəyənlər göz çıxartmalarının ya fərqində deyillər, ya da təbliğatın bu yolunu seçiblər. Hansı naziri qurdalayırsan, altından 3-4 milyard dollar, balonlarla brilyantlar çıxır - halal puldurmu onlar? Qartımış nazirlərin bitib-tükənməyən iddiaları, arzu və istəkləri milləti bu günə gətirib çıxarıb. Zəhmət çəkib indi də dəyən ziyanı hansısa bir variantda ödəsinlər...

Bu gün Azərbaycan mətbuatının bütün spektrində, xüsusilə televiziya ekranlarında elə verilişlərə, elə aparıcılara rast gəlirsən ki, bəli, Ramiz Rövşənsayağı sən də hayqırmaq istəyirsən - mən məmləkətimizdə dünyaya övlad bəxş edəcək hamilə qadınların heç birinə milli televiziyalara baxmağı məsləhət görmürəm. Çünki o verilişlərə baxan ana özünün gerçək durumu və eşitdiklərini saf-çürük edəndə nəinki özünün, hətta bətnindəki cocuğun belə əsəb sistemləri pozulur.Çünki həmin məlumatlarda gerçək HESAB ATılır kənara, DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN BƏY!

Əgər siz bu gün "dəqiqlilik, qərəzsizlik, vicdanlılıq prinsipləri"ni pozan adamı sabah efirə ekspert kimi çıxarıb millətə moizə oxutdurursunuzsa, tamaşaçı bundan nə götürəcək? Bununla siz özünüz cəmiyyətə eybəcər kodeks təqdim edir, sonra da guya ki, hansısa gözəlliyin eşqində qovrulursunuz. Yapma ya. Zərdabini, Mirzə Cəlili "mətbuatımızın at gücü" sanırsınız, gözəl. Bəs fəaliyyətiniz necə, həmin "at gücü" ilə ölçülürmü? Dediklərinizdə özünüzü görürsünüzmü, DİLAVƏR KİŞİNİN OĞLİ ŞAHİN BƏY! Əgər Sənin də övladın ironiya obyektinə çevirdiyin valideynin övladı tək autizm sindromlu olsa və onun cəmiyyətə adaptasiya olunması üçün ayda minimum 800-900 manat pul lazım olsa, Sənin də əmək haqqın 5 nəfərlik ailə üçün 600 manat olsa, neylərsən? Neyləməlidir o valideyn, DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN bəy - gözü görə-görə övladının dərdinə çarə bulmamalıdırmı!? Bəyənmədiyin qonşu Rusiyanın, Türkiyənin, Gürcüstanın timsalında autizm sindromlu uşaqlara hansı imtiyazların verildiyinə bax və özündən utanmayacaq dərəcədə böyük olaraq həqiqəti söylə. Faktiki olaraq dövlətin sahib çıxmadığı vətəndaşa valideyn özü sahib çıxır - ac qalır, geyinmir. gəzmir, sənin kimi istirahət etmir, bankdan kredit götürür ki, təki övladının dərdinə çarə bulsun. Ortaya bir devolvasiya çıxır, valideynin banka qalan 7800 manatına görə bank ondan tələb edir ki, 20 800 manat verməlisən və dövlət də balası "230 min dollarlıq saat taxan bank sədrləri"nin timsalında vətəndaşla tap-tappaca, qab altdaca oynayır...Allahınla təkbətək qalanda dediklərinin əsil həqiqət olub-olmamasının fərqinə var, DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN BƏY! Belə şeyləri danışanda fərqinə varın ki.dövlətin ən ali məqsədi elə öz insanına xidmət etməkdir. Dövlətlə vətəndaş bir candır, canımıza qənim kəsilməyin!...

Realist təfəkkürdən çıxış edəndə DİLAVƏR KİŞİNİN OĞLİ ŞAHİNi mən son dövr publisistikamızda Sözün Sehrindən yararlanma bacarığına görə BİRİNCİ hesab edirəm, ancaq Adam Özü deyir ki, mən BİR İNCİ deyiləm. İstəyirsiniz, lap Daxıl kimi and içim, mən də elə eyni şriftli klaviaturadan istifadə edirəm, ancaq öz əvəzimdən ərz edirəm ki, hər zaman olduğu kimi indi də vazkeçilməz postulatlara sadiqəm...Hə, lap yadımdan çıxmışdı "İt ürəyi" povestini oxumaq da pis olmazdı...Mikelancelo əldəqayırma heykəltaraşların işini görəndə bunun onda dini təsir bağışladığını vurğulayırmış. Çünki O. belə işləri görəndən sonra "gözəl mərmər parçalarını xarab etdiyiniz üçün Allah sizin günahlarınızdan keçsin" deyərmiş...

 

 

P.S. "MİR" sözünün nə islamiyyətə, nə də türk gələnəklərinə heç bir aidiyyatı yoxdur.....

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam