Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AUTİZM ŞRİFTLİ ÖLÜM KODU

 

“MİR HİTLER”LƏRLƏ  BİZİM  MÜQAYİSƏMİZ

 

Xeberinfo.com:  Azərbaycanın siyasi elitasında təmsil olunan qüvvələrin əksəriyyətinin  davranışlarına nəzər yetirəndə adam  azadlığın, demokratiyanın xaos, yoxsulluq və ümidsizlik gətirən bir sistem olduğuna inanmağa başlayır. Demokratik və mənəvi dəyərlərə, insan resursunun hər şeydən üstün olmasına  sadiq qalmağa çalışan Azərbaycanda nə yazıq ki, bu ideallar bir çox hallarda səriştəsiz məmurlar, icra strukturları tərəfindən dəyərsizləşdirilir.  Azərbaycan adlı ölkədə insanların eyni məqsəd uğrunda mübarizə apardıqlarından, eyni ideyaları bölüşdürdüklərindən deyəsən belələrinin xəbəri yoxdur.  Ya da ki, bu insanlar dövləti daha böyük sosial problemlərlə üz-üzə qoymaq istəyirlər. AUTİZM, DAUN SİNDROMLU UŞAQLARla bağlı problemin çözülməsinə münasibətdə  də həm qanunverici orqanın, həm də icra strukturlarının biganəli apaydın şəkildə görünməkdədir…

Nəzərə alsaq ki, xarakterlər xeyir və şər əməllər üçün bir qaynaq rolu oynayır, onda üzdə olan simaların fərdi keyfiyyətlərinin hərtərəfli araşdırılaraq şəxsiyyətin  tədqiqi baxımından bunun cəmiyyətə çatdırılması mediyanın boynuna düşən əsas yüklərdəndir. Və bu heç də “katolikliyə iddialılıq” deyil, axı azadlığın özü də fərdlərin bətnindən doğulur. Bugünkü sosial siyasətimizlə bağlı Hadırəcəblilər, Musaurudlar, Səlimmüslümovlar,  Mikayılcabbarovlar, Oqtayşirəliyevlər  özlərini  fədakar kimi göstərməyə çalışırlar. Guya ki, onlar öz maraqlarını ümumi inkişafımız naminə qurban vermək istəyindədirlər  və bunu da özlərinin dərk etdikləri  qədərdə, öz maraq dairələrində xalqa çatdırırlar. Reallıqsa bambaşqadır. Başqa problemləri demirəm. Elə adı çəkilən AUTİZM, DAUN SİNDROMUYLA BAĞLI  bu kəslərin əlində hansısa  TƏKLİFLƏR PAKETİ varmı, yaxud bu paket varsa nədən müzakirəyə çıxarılıb qəbul edilmir? Nədən vətəndaşın sosial durumu bu adamları ilgiləndirmir? Axı bu adamlar həmin kürsülərə seçiləndə və təyin olunanda birbaşa vətəndaşın maraqlarının təmin edilməsi üçün çalışacaqlarına söz veriblər. Nədən həm onları seçən, həm də onları bu vəzifələrə təyin edən aldadılır? Hədir bu dövlətin və vətəndaşın marağında olmayan konsalidə olunmuş fəaliyyət,  belə davranışın kökündə hansı neqativ maraqlar dayanır?..

Ötən əsrin sonlarından etibarən dünyanı  demokratiya dalğası bürüsə də, ancaq  aparılan mübarizə cəhdlərinin hamısı heç də uğurlu olmadı. Bu prosesdə Azərbaycanın əldə etdiyi  dəyərlərə münasibətdə bürokratik əngəllər yaratmaq istəyən qüvvələrin  də öz maraqlarının peşində olduqları üzə çıxdı. Demokratiya insan faktorunu daha qabarıq bir şəkildə qorumağı “diktə” edirsə, onda məmləkətimizdə bürokratik əngəllər hökm sürür ki, vətəndaş da bunun bəhrəsini görə bilmir. Görsəydi, yaxın Türkiyədə autist, daun sindromlu uşaqlara, onların valideyinlərinə, bu məqsədlə fəaliyyət göstərən mərkəzlərə, mütəxəssislərə verilən güzəşt və imtiyazların ondan biri də Azərbaycanda öz əksini tapardı. Əksər sosioloqların fikrinə görə, demokratiya sosial təşkilatlanmanın ən təbii formasıdır. Lakin reabilitasiyaya möhtac uşaqlara yanaşmada azərbaycanlı məmur praktikası onu göstərir ki, köləliyi şüurlarında yaşadan bu kəslər  dərdləriylə baş-başa qalan topluma da kölə kimi yanaşmaqdadılar.  Bugünkü məmur davranışları  dövlət-vətəndaş münasbətlərini çıxılmaz labirintə salan, yalanlarla dolu, insan ləyaqətini alçaldan, insan enerjisini boşa xərcləyən, qondarma tarix yazan, ruşvətxorlardan, biganələrdən  ibarət bir sistem formalaşdırma cəhdini cəmiyyətə təqdim etməkdədir.

Mənəvi eybəcərlik dərdlərin ən böyüyüdür ki, bu sağalmaz dərdə də bizim dövlətin qanunverici və icra strukturlarında çalışanların tam əksəriyyəti mübtəla olub. Ona görə də belə adamların səhvlərinin dilə gətirilməsi intensiv hal almalıdır ki, dövlətimiz bu eybəcərlikdən qurtula bilsin.  Səlahiyyətli fiqurların sosial  siyasətimizdəki qələbə eyforiyaları əslində dövlətçiliyimizin ölümü kodu altında gizlənməkdədir. Problemlərinə biganə məmurların ucbatından öz dövlətində çarə tapa bilməyən vətəndaşın şizofrenik hala gətirilməsilə formalaşdırılan sabahın xəstə cəmiyyəti hansı sevgiylə bu məmləkəti qoruyacaq? Autistə, daun sindromlu uşaqlara biganə münasibət bəsləyənlər, onların problemlərini həll etməyənlər birbaşa dövlətçiliyimizi hədəf götürüblər. Siyasi hakimiyyətləri  məhz belələrinin gizli oxlarıyla yarımcan edirlər. Necə deyərlər, ağıllı adam ovunu vurduqdan sonra bütün gücünü onu qaldırmağa sərf etməyib, növbəti hədəf peşinə düşdüyü kimi bizi dərdlərimizlə baş-başa qoyan məmurlar da müxtəlif üsullarla o problemləri  daha da dərinləşdirmək yolu tutublar.

Ardıcıl mətbu səfehlikləri və utopik düşüncələriylə şirin uykuda olan bir qisim yazarların, millət vəkillərinin, idarəetməyə pərçimlənmişlərin eyforik davranışlarını yaşananları pərdələməyə yönəlib. Yurnalistikada və siyasətdə, idarəetmədə  ayıb nə olduğunu anlamayanlar  reallıqda olan eybəcərliklərin daşıyıcılarıdır. Əgər belə olmasaydı MİLLİ MƏCLİSİN SOSİAL-SİYASƏT KOMİSSİYASI,  ELM VƏ TƏHSİL KOMİSSİYASI, TƏHSİL NAZİRLİYİ, SƏHİYYƏ NAZİRLİYİ, ƏMƏK VƏ ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİ, İCRA STRUKTURLARI -  bütövlükdə dövlət qurumları autizm, daun sindromlu uşaqların reabilitasiyaları üçün Rusiya, Türkiyə, Avropa yanaşmalarını ortaya qoyardılar. Hanı bu qurumların autizm, daun sindromlu uşaqlar üçün yaratdıqları şərait? Bir uşağın reabilitasiyası üçün ayda minimum 1200-1500 manat pul GƏRƏK OLDUĞUNU  RƏCƏBLİ  HADI görən bilirmi? MUSA URUD bilirmi? SƏLİM MÜSLÜMOV bilirmi? MİKAYIL CABBAROV bilirmi? OQTAY ƏSƏDOB bilirmi? OQTAY ŞİRƏLİYEV bilirmi? Yaxud hər bir rayonun icra başçısı da daxil olmaqla Suraxanı rayon icra hakimiyyətinin başçısı İLQAR  ABBASOV bilirmi? Deputatlardan FƏRƏC QULİYEV, SEVİNC FƏTƏLİYEVA, AĞACAN ƏBİYEV bilirmi?...Bilirlər. məndən də, səndən də yaxşı bilirlər. Bununla bağlı həmin kəslərin əməli fəaliyyətdə bulunmamalarısa belə əməlli-başlı araşdırılası mövzudur.

Adı çəkilən bu BİGANƏLƏR ORDUSU  GÖRƏN BİLİRMİ Kİ, belə uşaqların cəmiyyətə adaptasiya olunmaları üçün başqa dövlətlər həmin uşaqların valideynlərinə həm maddi, həm də mənəvi baxımdan mümkün olan bütün şəraiti yaradır ki, təki vətəndaşım sağlam böyüsün?  Ancaq bizdə tərsinədir, Autist övladın valideynləri problemlər içərisində can verir, məhz Hadırəcəblilərin, Musaurudların,  Mikayılcabbarovların, Oqtayəsədovlarun, Oqtayşirəliyevlərin,  Səlimmüslümovların, İlqarabbasovların, Fərəcquliyevlərin, Sevicfətəliyevaların, Ağacanəbiyevlərin və digərlərinin  timsalında dövlət  rəsmiləri də bunu görməz olurlar...

Dövlətin prezidenti  “xalqın bir nömrəli xidmətçisi mən özüməm” dediyi halda bu adamlar vətəndaşla ağa kimi davranırlar, vətəndaşın yanında olmağı, onunla ünsiyyətdə bulunmağı öz vücudi-mübarəklərinə sığışdırmırlar.

LÜTFƏN VƏ YENƏ LÜTFƏN, bu kəsləri ayıltmaq lazımdır ki, ey möhtərəm BİGANƏLƏR ORDUSU orta əsrlər təxəyyülünüzü özünüzə saxlayın, dövlət  qarşısında boynunuza düşən yükü daşımağı hamımız kimi özünüzə şərəf bilin. Azərbaycan insanı  azad ikən azad dünyada azad  yaşamaq istəsə də, ona bu arzunu da çox görməyin!. emokratiyaya doğru yürüdüyümüz  yolda  fərdi azadlıqlarınız  dövlətçiliyimiz, milli azadlıq uğrunda gedən mübarizəmizi  üstələməsin! Təminatçı rolunda çıxış edəcək liberal demokratiyanın üstündən xətt çəkməyin!  Vaxtilə Azadlıq eşqiylə meydanlara atılan milləti uğrunda can qoyduğu saf əmələ görə peşman etməyin!  Vətəndaşla inzibati aparat arasında süni uçurumlar yaratmayın!  Cənablar, insan taleyilə oynamaq, vətəndaşın dərdlərinə şərik çıxmamaq , problemləri olduğunu  kimi yuxarı instansiyalar qarşısında qaldırmamaq sizcə sosial narazılıqların formalaşdırılmasına xidmət etmirmi?  

Məmləkət Əhli  vətəndaş hüququnu, insan azadlığını məhdudlaşdıran hər cür  buxova və əngələ qarşı çıxmaqdaykən  kölə xislətlilər daha qorxunc yollar aramaqdadılar. Demokratik prinsiplərdən irəli gələn Toplumun özünə inamı , öz gücünə güvənməsi bürokratik əngəllərlə heçə endirilir. Əslində belə davranışlardan ən böyük zərbə üzdə olan xarizmatik Liderə dəyir, monopolistlər hədəf qismində həmin lideri seçirlər. Baş verənlər belə düşünməyə əsas verir ki, bürokratik aparatın biganəliyi həm də Liderin cəmiyyəti sevməsi, onlara güvənməsi barədə əks görüntü yaratmağa da yönələ bilər.

Fəaliyyətlərində daha çox ehkamçılığa üstünlük verənlər  bütün zamanlarda müxtəlif  iqtisadi sistemlər və onların modelləşdirilməsi yolları haqqında deyil, əksinə daha çox mənimsəməyi özlərinə fəaliyyət prinsipi kimi seçiblər.  Hüquqi dövlət quruculuğunda  qanunların işlək mexanizminin olmamasısa demokratiyanı diz çökdürən məqamlardandır. Adətən monopolist düşərgə bütün mümkün vasitələrdən istifadə etməklə qanunların gücündən haqqın bərpası naminə deyil, öz maraqlarının təminatı üçün istifadə edirlər. Azərbaycanda belə halların olmaması düşüncəsində olsaq da, elə autistlərə biganəlikdən qorxulu məqamlar üzə çıxmaqdadır. Dövlət olaraq beynəlxalq konvensiyalara qoşulmağımız həm də ortalıqda olan şərtlərə əməl etməyimiz anlamındadır. Ancaq deyəsən məmurlarımız bu anlamın mahiyyətindən yan keçməklə dövlətimizin beynəlxalq arenada təklənməsində katalizator rolu oynamalarının fərqində deyillər. Biganəliyin adi hala çevrilməsi fonunda dövlətin vətəndaşına sahib çıxa bilməməsiylə bağlı başqa bir görüntü yaradan monopolistlər  Azərbaycanda  liberal demokratik sistemin oturuşmasını əngəlləməkdədirlər. Sanki bir mərkəzdən idarə olunan qüvvələr aidiyyatı qanunlar qəbul olunsa da, onun tətbiqinə imkan vermirlər. Köhnə sovet nomenklaturasına söykənən idarəetmə üsulları, yaxud Avropadan transfer olunan özününküləşdirilmiş metodlar  bu günün tələblərinə cavab vermir.  Demokratik cəmiyyət  hamıya bərabər imkanlar təmin edən, insanın dəyər və ləyaqətinin yüksək qiymətləndirildiyi bir sistem olsa da, nədənsə bu hallar daha çox yambızı kürsüdən ayrılmayanlara şamil olunur.  Sovet imperiyasının xarabalıqları üzərində demokratik quruluş yaratmaq çox çətin olsa da,  sevindirici haldır ki, Azərbaycan  heç də başqaları kimi vakuum içərisində idarə olunmur. Ölkənin  müharibə vəziyyətində olması və düşmənin fürsət gözləməsini nəzərə alsaq, onda məmur tayfasının Azərbaycan insanı ilə dövlət arasında uçurum yaratma cəhdi sadəcə olaraq bir xəyanətdir, vəssalam!...

Elə belə “xəyanətlər”in görüntüsüdür ki, bizdə QHT sektorunda insan hüquq və azadlıqlarının qorunmasıyla bağlı  başdan-başa  siyasiləşmiş təşkilatların sayı daha çoxdur.  Ölkəmizdə öz fəaliyyət strategiyalarında humanitar prinsipləri əsas götürən müxtəlif mərkəzlər, cürbəcür adlı qadın təşkilatları, uşaq və gənclər, mədəniyyət və yaradıcılıq  birlikləri, assosiasiyalar yaranan boşluğu doldurmağa çalışsalar da, bu, yetərli deyil və tamamilə onların imkanları xaricindədir.  Ayrı-ayrı rayonlar üzrə bu işin uçotu aparılmalı və mərkəzlərin fəaliyyətində icra strukturları da dövlət orqanlarıyla yanaşı yükümlü olmalıdırlar.  Şübhəsiz ki, bununla bağlı konkret olaraq yaxın xaricin nümunəsi əsasında dövlət proqramı təsdiq olunmalı və bütün resurslar da həmin proqramın həyata keçirilməsinə yönəldilməlidir.  Ancaq bunun əvəzində nəyin şahidi oluruq. Həm Milli Məclis, həm Təhsil nazirliyi, həm Sosial Təminat nazirliyi həm də Səhiyyə nazirliyi heç bir monitorinq aparmadan Azərbaycanda autizm və daun sindromlu uşaqların az qala yox dərəcəsində olmasıyla bağlı yekdil xarakter daşıyan çıxışlar etməkdədirlər. Halbuki mütəxəssislərin verdikləri bilgiyə görə bu gün Azərbaycanda hər 55 uşaqdan biri daun sindromludur. İkinci bir təfəfdən, lap bu uşaqların sayı elə sosial siyasətimizin yönəticilərinin təbirincə desək. “çox azdır”, lap bir nəfərdir. Baxmayaqmı bu uşağa, bu uşağın cəmiyyətə adaptasiya olunması üçün gərəkən yardımları etməyəkmi? Bu uşağın böyüməsi, sağlamlığı, təhsili haqqında düşünməyəkmi? Belə yanaşmalar bir rəzalətdir ki, boyunlarına düşən yükü yerinə yetirməyən Milli Məclisin sosial siyasət komissiyası, yerli icra strukturları,  Təhsil və Səhiyyə nazirlikləri belə rəzalətə rəvac verməklə cəmiyyətdə vətəndaşlıq sevgisini öldürməyə xidmət edirlər. Məhz belələrinin sayəsində  elə görüntü yaranır ki, guya dövlət öz vətəndaşına sahib çıxmaq istəmir. Belə yanaşmalar birbaşa dövlətin dayaqlarını sarsıtmağa yönəlib – həm insan resurslarının qorunub saxlanılması, həm də dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi baxımından...

Əslində bu gün bütövlükdə cəmiyyətimiz  autizm adlı sindromun daşıyıcısı qismində ömür sürməkdədir.  Autistlər kimi hər təbəqənin öz dünyaları  və öz həqiqətləri  var – vətəndaş dərd içində qovrulr, sosial siyasətimizin yönəticiləri, nazirliklər, icra strukturları onların dərdləriylə oynayırlar.  SƏHİYYƏ STRUKTURLARI  autistlərə, daun sindromlu uşaqlara “dəli” adı verib, bu uşaqların müalicələrini bir az da qəlizləşdirirlər, TƏHSİL NAZİRLİYİ  “belə uşaqların sayı çox az olduğundan əlavə məktəbə ehtiyac yoxdur” deyir,  bu kateqoriyalı uşaqlar üçün bağçalar fəaliyyət göstərmir, YERLİ İCRA STRUKTURLARI  “onların reabilitasiyası bizim imkanlarımız xaricindədir” söyləyir, heç kim heç kimin dərdinə sahib çıxmaq istəmir. Bu sahənin araşdırıcıları , mütəxəssislər  AUTİZMİN YAYILMASINA GÖRƏ Azərbaycanın dünyada 3-cü yeri tutduğunu vurğulasalar da, hələ də bunu eşitməyən qulaqlar, görməyən gözlər var. Təkcə reabilitasiya mərkəzlərinə gəlib nəzər yetirmək kifayətdir ki, deyilənlərin bir daha şahidi olasan.

YERİ GƏLMİŞKƏN, həmin reabilitasiya mərkəzlərinin bu sahədə gördükləri iş doğrudan da, alqışlanasıdır. Səviyyəsiz və səriştəsiz məmurların dövlətə xidmət baxımından etmədiklərini cüzi imkanlarıyla həmin mərkəzlər etməkdədirlər. O mərkəzlər bu gün Azərbaycan vətəndaşı üçün bir ümid qapısına, aman yerinə, güman yerinə çevrilib. Ancaq maddi baxımdan imkansızlıq həm valideyinləri, həm də mərkəzləri çətin durumda qoyur. Bu qədər  pul-parası olan məmləkətdə 5-6 mərkəzin maliyyələşdirilməsinin problem olmasına vətəndaş olaraq mən inanmıram. Sadəcə olaraq, bunun bütün günahı yuxarıda adları dəfələrlə vurğulanan strukturlarda, orqanlardadır ki, lazımi informasiyalar masanın üzərinə qoyulmur, vətəndaş dərdləriylə baş-başa buraxılır. İmkanı olan adamlar da öz uşaqlarını yaxın xaricə aparıb orada müalicə etdirməyə üstünlük verirlər. Artıq bu sindrom cəmiyyətimizə də sirayət edib.  Hər 55 oğlan uşağından birinin autist olduğu məmləkətin “aparıcı” və əsas söz sahiblərindən biri olan teleyurnalisti bu uşaqlara toxunandan sonra əlini spirtlə dezinfeksiya edirsə, məmurları da belə olacaq.  Görən  Rəşid müəllim demişkən, “MİR HİTLER”in vətənində olan “aparıcı” yurnalist  və məmurlar belə davranırmı?  Yox, əsla və yenə də əsla.  Hansısa verilişə dəvət olunan mütəxəssisdən daha çox yurnalist özünü qabartmağa çalışır.  Avropada həmin autistlərə birbaşa dövlət səviyyəsində hər cür şərait yaradılır, onların və onlarla məşğul olan mütəxəssislərin, uşaqların, valideyinlərin bütün xərclərini dövlət ödəyir. Bu reabilitasiya uzun müddət  və çoxlu maddi vəsait tələb edir. Avropada həmin müddət və maddi vəsait  təmin olunduğuna görə həm bu sahənin mütəxəssisləri təlim prosesini apara-apara özləri püxtələşir. həm də autist uşağın probleminin çözülməsində ona yardımçı olurlar. Nəzərə alsaq ki, mütəxəssis və valideyn təlim keçilən uşaqdakı dəyişiklikləri anbaan izləyir və gözləyir, onda maddi vəsaitin çatışmazlığı ucbatından bu prosesin ləngidilməsi, yaxud da dayandırılması nə tibbi, nə də mənəvi baxımdan düzgün deyil.  Belə olan halda həm mütəxəssisin araşdırmaları yarımçıq qalır, peşəkarlar yetişmir,  həm də uşağın reabilitasiyası arzu olunan nəticəni vermir. Günahkarsa sosial siyasətimizi yönləndirənlər və icra strukturlarıdır.

Digər ölkələrdə bu sindromun daşıyıcıları olan uşaqların tam şəkildə sosiallaşmaları , ictimai mühitə  adaptasiya olunmaları üçün  dövlətin, cəmiyyətin bütün institutları əlbir və məqsədli şəkildə birgə fəaliyyət sərgiləyirlər. Bizdəsə bambaşqadır. Bağçalardan tutmuş ta ali məktəblərə, orduya gedən yola qədər  bütün mərhələlərdə  autist uşaqların adaptasiyasını təmin edəcək şərait yaradılıbmı? Yox.  Belə halların qeydiyyata alınması üçün hansısa format mövcuddurmu?  Yox.  

 

Demokratik dəyərlərdən danışırıqsa,  AUTİZM, DAUN SİNDROMLU  uşaqlara yanaşmada da elə Avropada olduğu kimi münasibət göstərməliyik.  Əslində bu göstəri dövlət başçımız İlham Əliyevin “biz neft kapitalını insan kapitalına çevirməliyik” proqram xarakterli yanaşmasında apaydın şəkildə öz təsdiqini tapıb.  Sadəcə olaraq, deyəsən bəzi məmurlar və millət vəkilləri hələ də dövləti maraqlarımızın təmin olunmasında iştirakçı olmaq yükünü daşımaq istəmirlər.  Azərbaycanda xaos, yoxsulluq və ümidsizliklə bağlı fon yaratmaq istəyənlər  yanılırlara, çünki bu gün vətəndaşına sahib çıxa bilcək Azərbaycan var və var olacaq da....

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam