Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MİR ŞAHİNİN SÖZ DAĞARCIĞI VƏ AY İŞIĞINDAKI OĞURLUQ

 

Deyirlər fikirlə əməl cilalanmayanda adamın kobudluğu və nadanlığı, gizləməyə çalışdığı xəlitələnmiş xisləti elə həmin andaca üzə çıxır. Yetər ki, belələrinə azca təsir də edilə. Bu, bir faktdır ki, fərdlərin özü-özünü ifşası başqasına və əks tərəfə münasibətdə daha tez üzə çıxır. Bəzən müəyyən etik normaların cızdığı sərhəd belə təəssüflər olsun ki, şeyləri zahiri görkəminə görə qiymətləndirənlərə qarşı açıq çıxış etməyə imkan vermir. Və elə bu səbəbdən də, daha çox merkantil maraqlara önəm verənlər xarici BUŞLARın buraxdıqları “”QUŞLAR”ı göydəcə tuturlar....

Belə “quşbazlar” unudurlar ki, Azərbaycanın mövcudluğu, Quzey Azərbaycanın əldə etdiyi müstəqillik  imperiya ambisiyaları ilə çıxış edən şimal və cənub qonşumuz, həmçinin erməni lobbisinin yalıyla quduzluq həddinə gələn bəzi Qərb ölkələrinin kürkünə birə salıb.  Avropa ilə Asiyanın qızıl körpüsü olan Azərbaycan həm də Qərb və Şərq mədəniyyətlərinin, islam və xristian dinlərinin sərhəddində yerləşir. Bu baxımdan Azərbaycanı “həzm etmək” üçün hazırlanan və cürbəcür adlar altında təqdim olunan dövri reseptlərə milli düşüncənin işığında baxılaraq onun hansı tərzdə istifadə olunması, yaxud olunmaması saf-çürük edilməlidir. Çünki yeni dünya düzəni və bu düzəndə Azərbaycanın da varoluşu bunu tələb edir. Məhz bu “qədər” cəmiyyət üçün bir etalon olmalıdır. Elə buna görə də siyasi və mətbu sferada olan BİRİNCİLƏRin bəzi yanaşmaları alqışlanasıdır.  Bəzi hallarda ONA qarşı söylənilən səviyyəsiz ifadələrin mahiyyətinə belə varmadan əyarı da bilinməyən İNCİLƏR səviyyəsinə qədər “balacalaşan” və sütunsuz mərtəbənin cakininə çevrilən bu “balacalığı” adlayıb keçən MİR ŞAHİNin yanaşmaları tək.

Bəri başdan deyim ki, mən MİR ŞAHİN DİLAVƏROĞLUnu (dövlətçiliyimizə, qanunlara sayğıdan danışan bu Kəs öz soyad sonluğunu dəyişdirmək üçün qəbul edilən qərarları bir yana qoyub, görən hansı ali mənsəblinin atacağı addımı gözləyir!? – müəllif) müasir Azərbaycan pulisistikasının BİR İNCİSİ sayıram. Onun BİRİNCİLİYİ  hələ də yad dildə danışaraq milli-mənəvi dəyərlərimizə sayğısızlıq nümayiş etdirərək civildəşən quşlara həyan olmaqla bunu mədəniyyət nümunəsi sayan Mais Məmmədovların “patriarxallıqları”na  son qoymasında da üzə çıxdı. Hər zaman özünə gizli tutalğac saxlayan Mir Şahini heç kim üzbəüz nədəsə ittiham edə bilməz. Çünki onun sözaltı sətirlərdə ustalıqla gizlənən gizli oxları var. Onun ərsəyə gətirdiyi mətnlərin arxasından BÖYÜK HƏQİQƏTLƏR boylanaraq öz zamanını gözləyir. ƏVƏZ ZEYNALLI timsalında olan “MƏTBU GENERALLAR”sa həqiqətləri öz zamanını qabaqlayaraq açıq mətnlə ərsəyə gətirdiklərindən perspektivləri də dolanbac yollarda vurnuxmaqdadır. Mən də elə həmin “gözləmək” və “vurnuxma”nı görərək azad mətbuatımızın yaradıcısı olan SABİR RÜSTƏMXANLIya,  MİR ŞAHİNə, İBRAHİM QULİYEVə, ƏVƏZ ZEYNALLIya,  AYDIN CANIYEVə,  FAİQ BALABƏYLİyə,  İLQAR SALMANOVa mətbu müraciət edərək “ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?” dilemmasına cavab olaraq OXUCU HAQQIMI Onlardan tələb etmişdim. Səd heyiflər olsun ki, özüm. Bir köynək yaxın bilib Sevdiklərimin hər biri etibarlı limana çəkilib həm də mənim oxucu  haqqımı oğurladılar. Oğurluqsa Ay işığına düşdü...

 Yeni dünya düzənində tutulacaq yer uğrunda Azərbaycanın etdiyi çabalar həm də keçirilən idman oyunlarının, mədəniyyətlərarası dialoqların təşkil olunmasının mahiyyətində özünü büruzə verməkdədir. Bu baxımdan Mir Şahinin “hesabatları”na, “çağırışları”na mız qoymaq dolayısı yolla gələcəyimizə olan biganəlikdən bəhrələnir. Sosial siyasətimizdə olan yarıtmazlıqlara və elə bununla da hakimiyyətlə vətəndaş münasibətlərində uçurumun yaranması ilə dövlətçiliyimizin təhlükəsizlik sisteminin formalaşdırılmasını bir-birinə qarışdırmaq kökündən yanlışdır. Zatən Mir Şahin də həmin yanlışlıqların aradan qaldırılması üçün öz söz dağarcığını çiyninə salıb çoxlarından qabaqda getməkdədir. O, məsələnin ayrı bir tərəfidir ki, dara düşən kimi siyasi hakimiyyətin olimpində dayanan şəxslərin Onlar haqqında dediklərini özlərinin istinad nöqtələrinə çevirən ANS-çilər elə həmin şəxslər haqqında müxalif tərəfin də vurğuladığı “cəfəngiyyat dolu yazılar dərc edən qəzeti” “ən aparıcı və ən obyektiv qəzet” kimi adlandıraraq təzadlarla çıxış etməyi də öz rasionlarına sevə-sevə qatıblar...

ANS-çilər öz efirlərində konstruktiv düşüncə yiyələrinə bilərəkdən meydan vermirlər və bunu da sosial tələbatla bağlayırlar. “Möhtəşəm və möhtərəm” AYDIN CANIYEVin sözü olmasın, qardaşım, “kimə paçka gəlirsən?”. Axı sizin efirinizdə ELin NARının kallığına, çılpaqlığına ”Əəə“ edənlərə  meydan verilir və onlar da yaradılmış imkanı “xəbər gəldi” səviyyəsində dəyərləndirərək çılpaqlığın həsrətində olanlara qanADLARINI göstərib GECƏQUŞU tək davranırlar. Dimdiyindən tanınan quşlar da Mir Şahin kimi ovçular tərəfindən anındaca ovlanır. Baş verənlərə münasibətdə mətbu infuzorların davranışlarısa əks reaksiya verir – qəlsəmələr infuzorlardan xilas olur.

Çoxları tərəfindən qorxu sindromu kimi təqdim olunan Mir Şahinin “MTN müstəntiqlərinə çağırışı”nda da bir həqiqət var. Ən azı ona görə ki, İSGƏNDƏR HƏMİDOV demişkən, “Qərbin maraq dairəsində olan homoseksualistlər”in,  ÇİNGİZ DƏMİROĞLUnun təbirincə desək, “bu yekəbaşlar”ın genetik kodlarına da bir aydınlıq gələr. Və həm də anlayarlar ki, müxalifətçilik dövlətə qarşı deyil, siyasi hakimiyyətlərə qarşı olur. Bu baxımdan ƏLİ HƏSƏNOVun böyük  taktik və sağlam düşüncə, sağlam təfəkkür tərzinə malik olması açıqca özünü büruzə verir. Onun vaxtilə söylədiyi “hakimiyyət bu iqtidarla yaranmayıb və bu iqtidarla da qurtarmayacaq...Ümummilli məsələlərdə ayrı-ayrı qüvvələrin maraqları deyil, Azərbaycanın maraqları qorunmalıdır. Hansısa aksiyaların keçirilməsi xalqa xidmət deyil. Həmin aksiyalara dəstək verən bir çox beynəlxalq təşkilatlar  Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqqını tanımırlar...”. Şərhə heç bir ehtiyac yox!!! 

Nəyinsə xatirinə hər havaya qol götürüb oynamaq adamı cırtqozlaşdırır. Dövlətçilik prinsiplərinizə sahib çıxın, öz havanızı oynayın, bəylər! Xarici təşkilatların “zakaz” verdikləri hava millətin sümüyünə düşmür, bizim dövlətçilik prinsiplərimizə ziddir. Onlar Azərbaycanı “QUŞ HƏDD”nə salmaq istəyirlər. Ki, bunu Mir Şahinin hansısa inkişaf naminə imtina etmək istədiyi Mirzə Cəlilin hər zamanlara örnək olacaq  üslubunda da apaydın görməkdəyik. DEYİR, bir gün Molla Hacıleyləyi tutub ayaqlarını və dimdiyini kəsir. Sonra da bu binəvanı gətirib tavanın üstünə qoyaraq çəkilib kənardan baxıb, deyir: “həə, bax, indi düşdün quş həddinə” ...Bax indi də çoxları Göygöz Kosaların xaricdən idxal etdikləri “mətanət gülü”nün təsirindən bihuş olaraq “quş həddi”nə düşüblər. Belələrinin pərvazlanacağından danışmaq mümkünmü, hə, necədi?....

 

ÇESTERTONSAYAĞI YOĞUNLUQ  VƏ UĞRUNDA VURUŞDUQLARIMIZ

 

Gövdəcə çox yoğun olan ingilis yazıçısı Çesterton dostlarıyla söhbət  zamanı  Avropanın asi həyatını xarakterizə edə biləcək çox ağıllı bir söz deyib: “Mənim yoğunluğum nəzakətli olmağımı stimullaşdırır. Yəni, mən tramvayda gedərkən durub yerimi üç adama verə bilərəm”. Bax bugünkü Qərb dünyasının “demokratikliyi”  heç də onların iç məziyyətlərindən deyil, onların elə həmin Çestertonsayağı “yoğunluqları”ndan irəli gəlir.

Dövlətçilik olmayan yerdə hansısa demokratik prinsiplərdən danışmaq absurd bir şeydir. Əgər Qərb dünyası bir dövlət olaraq mənim ərazi bütövlüyümə qəsd edənləri üstümüzə qısqırtmaqla məşğuldursa və bununla paralel bir şəkildə Azərbaycanın iç problemlərini daha da şişirdərək təhdid diliylə danışırlarsa, bu, əslində onların özü-özlərini ifşa etmələridir. Azərbaycan öz suveren hüquqlarını qərbli darğaların əliylə deyil, oğul və qızlarının qanı bahasına əldə edib ki, bütün zamanlarda da millət olaraq həmin qanlar qarşısında cavabdehik. Dövlətçiliyə qarşı müxalifətdə olmaq demokratik prinsiplərlə daban-dabana ziddir.

Fransa protestantlarını tutub zindana salan Lüdovikə ingilis kralı öz demokratik pinsiplərini rəhbər tutaraq  onların azad edilməsini məsləhət görür. Lüdovik krala cavabında “onda siz də London həbsxanalarına doldurduğunuz caniləri azad edin, sonra mən bu işə baxaram” – deyir.

Türk milləti həmişə ÖZÜNƏ sahib çıxmağı bacarıb. Millətimiz başqa qaydalara sayğıyla yanaşsa da, ÖZ QAYDALARIYLA oyunu qurtarmağa üstünlük verib. Və bu qaydalar min illərin sınağından keçib gəlib. Biz də o qaydalara əsasən avropalılardan gətirdiyimiz sitatla başladığımız yazını öz sözümüzlə bitiririk. Müsəlmanlara qarşı xaç yürüşü zamanı “biz namus üçün vuruşuruq, siz isə pul üçün” iradına sərkərdələrimizdən biri belə cavab verir: “Tamamilə doğrudur, kimin nəyi yoxdursa, onun uğrunda vuruşur”...

 

ZORƏN SIRINAN BUNDEHİŞ VƏ MİLLİ PADAREVSKİLƏRİMİZ

 

Özünün “Bundehişi”ni zorən məmləkət əhlinə sırımaqla ölkəiçi ayiotay yaratmaq istəyən və buludlar arasından boylanaraq “peyğəmbərlik”  iddiasına düşənlərin yalançı konservatorluqları bir yenilik və ya bir işıq yoludurmu?!...

Qəzet səhifələrində bir muncuq tək düzülən sözləri yaş dəri sanıb sərf edilən səmtə çəkmək istəyənlərin vətəndaşlıq eşqləri əslində faciəvi sərsəmlikdən başqa bir şey deyil. Millətin üzdə olanlarını “döyəcləmək” bizləri mənəvi uçuruma aparan mənəvi yoxsulluğu daha da dərinləşdirməkdir. AZADLIQ AZƏRBAYCANDA ÖZBAŞINALIQ SƏVİYYƏSİNƏ QƏDƏR ENDİRİLİB. Fərdlərin bətnindən doğularaq faktlara əsaslanan azadlığın maraqlar çərçivəsində niyyət prizmasından təqdim edilərək cəmiyyətə  sırınması siyasi şoudan başqa bir şey deyil. Və bu, əslində azadlığın boğulmasıdır, Bernard Şounun Padarevskisi tək təqdim olunan nəsnəni bacarmasa da, ancaq  özünü bu sahədə  dahi və işgüzar göstərmənin nümayişidir...

 

AYAQDA DOLAŞAN İLANLAR  VƏ GÖYLƏRDƏN İMTİNAYA CƏHD

 

Bu gün Məmləkət Əhlinin sərgilədiyi mövqe SƏRDAR CƏLALOĞLUnun məhbəs həyatının övladı olan “İNSANLAR VƏ ADAMLAR”  kitabında vurğuladığı kimi “Böyük Yaradana inam timsalında “Allah hər yerdə var” dediyimiz halda, nədənsə ancaq üzümüzü uca göylərə tuturuq” aforizmində bir daha öz təsdiqini tapır. Elə bu aforizmə istinadən demək mümkündür ki, MİLLİ KİMLİYİMİZİ DAŞIYAN ƏYDƏR TAĞIZADƏLƏR  NƏDƏNSƏ UCALIĞIN MAHİYYƏTİNİ OLDUĞU KİMİ DƏYƏRLƏNDİRMİR.  ANORMALCASINA CƏMİYYƏTƏ  SIRINAN BİR QƏRƏZ VAR.

Pavlik Morozovsayağı satqınçılıq etməyi həyat kredosuna çevirən siyasƏTŞÜNASlarımızın çoxu əslində demokratiya mantiyası altında mənəviyyatımızın zorlanmasına qol qoyanlardır. Qərbdən ixrac olunan və təpələrinə dəyəsi demokratiyanın nəticəsidir ki, ...ƏTŞÜNASLARIMIZ bu qənaətdədirlər ki, guya məhz virtuallaşan manqurt yanaşmalarını sərgiləyərkən öz boğulmuş hislərinin azadlığına nail olurlar. Əslində, bu, sarı mətbuatın rənginə uyğun xəstəliyin təzahürüdür. ƏLİ NAĞIYEV demişkən, “kül o yurnalistin başına” ki, həm də bir vətəndaş olaraq  MÜQƏDDƏSLİYİMİZə atılan daşlara sipər olmağı  “məndən ötdü” yanaşmasıyla münasibət bildirir. MÜQƏDDƏSLİYİMİZə atılan daşlar Bizi Bizdən uzaqlaşdırır. Və elə bu səbəbdən də içimizdə yaşatdığımız Tanrı Sevgisindən danışanda nə üçün baxışlarımızı Uca Göylərə zilləməyimiz bizə bir az qəribə gəlir. Bəli, doğrudan da, belə görünür ki, UCALIĞIN MAHİYYƏTİni duyğu deyil, klerikal görüntü baxımından öz varlığımızdan daha yuxarı məqamda dayanmasının fərqinə varmırıq – reallıq baxımından ÖZÜMÜZü kəşf etməyə çalışmırıq. Elə isə onda ayaqda dolaşan ilanlar ucbatından MÜQƏDDƏSLİYİ axtardığımız Göylərdən “imtina” neyçün?! Yarayarmı?!.......

 

MİKELANCELONUN GÖZƏLİ VƏ SURROQAT UŞAQLAR

 

Əldəqayırma heykəltaraşlardan biri öz əl işini Mikelanceloya göstərib, bunun onda hansı təsir buraxdığını soruşur. O da cavabında  “dini təsir buraxıb” deyir. “Niyə məhz dini təsir?” sualına cavabdasa Mikalancelo “ona görə ki, hər dəfə mən bu heykələ baxanda, Allahı yada salıb deyirəm: “”belə gözəl mərmər parçasını xarab etdiyiniz üçün Allah sizin günahınızdan keçsin” – deyir...

 

Dahilərdən kimsə deyib ki, heykəli yonulmamışdan  ağacı meşədə kötük kimi görən adam məbəddə ona sitayiş edə bilməz”. İndi xalq da sırınan bütlərin “kötüklükləri”ni gördüyündən əsil sitayiş olunacaq Varlığı gözəl tanıyır, çabalarınız  yersizdir.  Sosial siyasətimizə  “boşluqlarla dolu” qanunları pərçimləyən Milli Məclisdəki QOZBEL MEDİÇİLƏR  və onların “kötüklükləri”nə sitayiş edən mətbuatımızın SURROQAT UŞAQLARI kim bilir, bəlkə də indini deyil, 500 ildən sonranı fikirləşirlər. Sevdikləri Qozbel Mediçini Mikelancelo olmasalar da, amma onunsayağı 500 ildən sonrakı tarixə füsunkar gözəl obrazında təqdim etmək istəyirlər. Və fikirləşirlər ki, bu gözəllərin zamanında hansı oyunlardan çıxmasını 500 ildən sonrakı nəsil haradan biləcək. Yanılırsınız, bəylər, lap Mikalancelo yanıldığı kimi...... 

 

 İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam