Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Çinli həkimlərin Azərbaycana gətirilməsinə etiraz -“Bu qədər xəstəni kim sağaldıb?!”

Çinli həkimlərin Azərbaycana gətirilməsinə etiraz - “Bu qədər xəstəni kim sağaldıb?!”

Yeni növ koronavirus xəstəliyi ilə mübarizə üçün Çinin 10 nəfərlik tibbi eksperti Bakıya gəlib.

Yenixeber.org: Bu barədə avqustun 3-də Çin və Azərbaycan hökumətləri arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətiriblər. Avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayacaqlar. 

Bu barədə danışan Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla birgə əməkdaşlığı lazımsız hesab edir: 

“Mən bunu ciddi qəbul etmirəm. Öz həkimlərimizin lazımi səviyyədə bacarığı, səriştəsi var axı. Amma bizim təkliflərimiz, dediklərimiz nəzərə alınmır. Bu qədər xəstəni kim sağaldıb?! Koronavirusla mübarizədə 30 həkimimiz dünyasını dəyişib. Çinlilərin bura gəlməsi onların ruhuna sayğısızlıqlıqdır. Maraqlıdır, virusun ilk yayıldığı yerdən həkimlərin vətənimizə gətirilməsində nə məqsəd güdülür?! Bilmirəm. Bildiyim odur ki, səhiyyəsi kifayət qədər inkişaf edən ABŞ-da koronavirus tüğyan edir.

İndi amerikalı həkim gəlib Azərbaycanda nə edə bilər axı?!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam