Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkə Azərbaycana tibbi ləvazimatlar göndərir

 

 COVİD-19 pandemiyasının başlanmasından bəri Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir, bu isə hər iki ölkənin qarşılıqlı səmimi dostluğunu əks etdirir.
Yenixeber.org: Bu barədə Çinin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk partiyasını göndərib. (5000 nəfərlik COVİD-19 infeksiyasının aşkarlayısı testi). Bu əsasda Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarük edəcək. Bu vasitələr yaxın vaxtlarda Bakıya gələcək.

Qeyd olunub ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir: "Çin Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri birgə dəf etməyə hazırdır. Tam inanırıq ki, cənab Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq".

Səfirliyin məlumatına əsasən, Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha parlaq müstəviyə qədəm qoyacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam