Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bu ölkələr quru sərhədlərini bağladı

 

İraq İranla beş quru sərhədini müvəqqəti olaraq bağlayıb.

Yenixeber.org: Məlumata görə, bunu İranın Gömrük Administrasiyasından bildiriblər.

İranın Gömrük Administrasiyası bildirir ki, İraq dövləti sərhədlərin 1 həftə müddətinə - 15 martadək bağladığını elan edib.

Məlumata görə, İraq dövləti yeni koronavirusun yayılması ilə mübarizəni gücləndirmək və gömrüklərdə səhiyyə avadanlıqlarının artırılması məqsədilə bu addımı atıb.

Məlumatda qeyd olunur ki, İranın gömrük rəsmiləri və İraq tərəfi arasında gömrüklərin tez bir zamanda səhiyyə avadanlıqları ilə təmin olunması və nəzarətlərin gücləndirilməsi üzrə müzakirələr aparılır və İraq tərəfinə bir həftənin bir neçə gün azaldılması təklif olunub.

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (7 mart) 5 823 nəfərin yeni koronavirusa yoluxduğunu, 145 nəfərin öldüyünü və 1 669 nəfərin sağaldığını təsdiqləyib. İranda koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam