Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BBC: İranda koronavirusdan 210 nəfər ölüb

 

İranda ən az 210 nəfər tüğyan edən koronavirus xəstəliyinə yoluxaraq ölüb.

Yenixeber.org: "Səlahiyyətli nümayəndələr rəsmi olaraq, 34 nəfərin öldüyünü açıqlayıb. Ümumilikdə ölkədə 388 nəfər koronavirusa yoluxub, lakin bu rəqəm daha yüksək ola bilər", - BBC yazır.

Bu gün isə, İran parlamentinin koronavirusun yayılması təhlükəsi səbəbindən dayandırıldığı məlum olub. Bu ərəfədə ölkənin qadın və ailə işləri üzrə vitse-prezidenti Məsumə Ebtekarda, eləcə də milli təhlükəsizlik komitəsinin sədri Məclis Mötaba Zonnurda və deputat Mahmud Sadekidə koronavirus aşkarlandığı bildirilir.

İranda koronavirusun ilk yoluxma halları fevralın 19-da məlum olub. Koronavirus epidemiyası şübhəsi ilk öncə İranın Səhiyyə nazirinin müavini İrəc Harirçidə tapılıb.

Fevralın 28-dən bəri koronavirusun yayılması ilə əlaqədar olaraq, Rusiya İranla avia uçuşları məhdudlaşdırıb. Yalnız "Aeroflot" və İranın "Mahan Air" aviaşirkəti iki ölkə arasında planlı uçuşlar həyata keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam