Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İran-İraq gömrükləri bağlanır-bir həftəliyə

 

İran və İraq arasında sərhəd gömrükləri dezinfeksiya işlərinə görə, bir həftə müddətinə bağlana bilər.

Yenixeber.org: Məlumata görə, bu, İranın Gömrük Administrasiyasının məlumatında öz əksini tapıb.

Məlumata görə, İraqın sərhəd gömrükləri idarəsi İran tərəfinə bunu elan edib və 7 martdan 15 martadək İran-İraq gömrükləri bağlanacaq.

Məlumatda bildirilir ki, İranı Xosrəvi, Sumar, Mehran, Çəzzabə və Şələmçə sərhəd gömrükləri bir həftə fəaliyyət göstərməyəcək.

Məlumatda qeyd olunur ki, İran və İraq sərhəd rəsmiləri arasında sərhədlərin açıq saxlanılması üçün məsləhətləşmələr davam edir. Bununla belə, iranlı ixracatçılar ehtiyatlı addım atmalıdırlar.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 3 513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin öldüyünü və 739 nəfərin sağaldığını təsdiqləyib.

Əlavə edək ki, İranda yeni koronavirus yayılandan sonra qonşu ölkələr onunla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam