Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Humanitar Foruma hazırlıqdır” –Əbülfəs Qarayev

 

“Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı prosesi müxtəlif formatlarda həyata keçirilir”.

Yenixeber.org: Bunu “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda Bakıda keçirilən “dəyirmi masa”da Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bu ilin payızında Bakıda növbəti Humanitar Forumun keçiriləcəyini qeyd edib.

“Ona hazırlıq üçün Rusiya ilə bu mədəniyyətlər dialoqunu təşkil etdik. Bu, iki paytaxt arasında ilk belə tədbirdir”, – nazir bildirib.

Onun sözlərinə görə, forumda iştirak etmək üçün Rusiyadan Azərbaycana təxminən 150 nəfərdən ibarət geniş nümayəndə heyəti gəlib.

Ə.Qarayev qeyd edib ki, Bakıda keçirilən konfrans çərçivəsində qarşıdan gələn Humanitar Forumunun işinin əsası qoyulacaq.

“Bu konfrans bizə mütəxəssislərimiz, sənətkarlarımız, elm adamlarımız, ictimai xadimlərimiz arasında əlaqələr qurmaq və onları genişləndirmək imkanı verəcək”, – o əlavə edib.

Nazirin sözlərinə görə, belə tədbirlərin keçirilməsi ölkələrin bir-birini və mədəniyyətlərini daha yaxşı tanımağa, eləcə də müxtəlif fobiyalara və qarşılaşdıqları çağırışlara qarşı birlikdə hərəkət etməyə xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam