Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əbülfəs Qarayev Özbəkistana gedəcək

Əbülfəs Qarayev Özbəkistana gedəcək

Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində Makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək

Yenixeber.org: Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, tədbirə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri qatılacaqlar. Forumda Azərbaycanı mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistanın Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə makom sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam