Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanın bu rayonları bələdiyyə seçkilərindən kənarda qaldı - SİYAHI

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Yenixeber.org: MSK-da 4 972 356 seçici 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçir. Səsvermədə 5049 məntəqədə həyata keçiriləcək.

 

Amma bələdiyyə seçkilərini prezident və parlament seçkilərindən fərqləndirən əsas cəhət bütün ölkə vətəndaşlarının səsvermə hüququnun olmaması ilə bağlıdır. Belə ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən məcburi köçkün düşən sakinlərin heç biri səsvermə hüququna malik deyil.

 

Kəlbəcər, Xocalı, Şuşa, Xankəndi, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın rayonları bütövlükdə, Xocavənd, Tərtər, Füzuli, Ağdam rayonlarının qismən işğal altında qalan torplaqlarından didərgin düşmüş məcburi köçkünlərin səsvermə hüququ yoxdur. Məhz bu səbəbə görə, onlar sayca 5-ci dəfə keçirilən bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhkumdur.

Bəs seçki prosesini həyata keçirən Mərkəzi Seçki Komissiyasının məsələyə münasibəti necədir? MSK yüzminlərə ölkə sakinin seçki prosesindən kənarda qalmasını nə ilə izah edir?

      

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov hələ 2009-cu ildə bələdiyyə seçkiləri öncəsi məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakında problemli məqamların olduğunu açıqlamışdı.

 

O, yerli özünüidarəetmə orqanlarının həmin ərazilərdə yaşayan əhali tərəfindən formalaşdırıldığını açıqlamışdı. Məcburi köçkünlər isə müxtəlif ərazilərdə məskunlaşdığından, onların öz bələdiyyələrini formalaşdırmaq imkanları yoxdur.

 

MSK sədrinin bildirdiyinə görə, bu vaxta qədər dünya təcrübəsində qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması müəyyən edilməyib. Mərkəzi Seçki Komissiyasının bütün seçkilərdə məcburi köçkünlərin iştirakına çalışdığını deyən Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində bu məsələni tam həyata keçirmək mümkün deyil: "Çünki bələdiyyələr özünüidarə orqanıdır. Bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırır. Bu, bir qədər incə məsələdir. Amma qanun belədir ki, bələdiyyə seçkilərində məcburi köçkünlər iştirak etməməlidirlər".

 

Rəsmi məlumatlara görə, Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam