Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Saat 12:00 - Ən fəal seçicilər hansı rayondadır?

 
Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.
Yenixeber.org: Saat 12:00-a olan məlumata əsasən, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir. Bu seçki dairəsində 43 min 142 seçicidən 11 min 907 nəfəri (27.60 %) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu dairədə 37 min 732 seçicidən 4 min 908 nəfəri (13.01 %) səsvermə hüququndan istifadə edib.

Bundan əlavə, saat 12:00-a olan məlumata görə, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.01 %) səsvermədə iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam