Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Türkiyə parlamenti -TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək

Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək. İclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə (MM) təhvil veriləcək.

Yenixeber.org: Bu barədə MM-dən bildirilib.

Tədbirdə üzv ölkələrin parlament Sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam