Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezident Ərdoğan Azərbaycana səfər edəcək

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Yenixeber.org: Anadolu agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Qeyd olunub ki, Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.

Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bakıda Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

Sammit zamanı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı veriləcək.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

R.T. Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Türkiyə prezidentinin səfəri oktyabrın 15-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam