Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Oqtay Əsədov Türkiyəyə gedir

 

Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq.

Yenixeber.org: MM-in Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Nizami Cəfərov, İlham Əliyev, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrliyin Qırğızıstandan Türkiyəyə təhvil verilməsi mərasimi keçiriləcək. İclasda TÜRKPA Katibliyinin illik fəaliyyəti, 2019-2020-ci illər üzrə strateji planın təsdiqi, qurumun hüquqi bazasının təkmilləşdirilməsi, təşkilatı məsələlər və s. müzakirə olunacaq. Sessiyanın sonunda İzmir Bəyannaməsi imzalanacaq.

Qurumun 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək. Burada təşkilatın 10 illik yubileyi münasibəti ilə TÜRKPA Medalı ilə mükafatlandırma mərasimi də keçiriləcək.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam