Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabah Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək

 

Sabah, mayın 31-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək


Yenixeber.org: İclasın gündəliyinə 24 məsələ daxildir.
Bunlar "Normativ hüquqi aktlar haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Notariat haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.
Bundan başqa, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunacaq.
İclasda yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Sənədə əsasən, parlamentin sədri Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağıra bilər.
Hazırda bir qrup deputat növbədənkənar iclasın keçirilməsi ilə bağlı spikerə müraciət edib. İclasın iyunun 12-də keçirilməsi gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam