Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Biz neftdən getdikcə daha az asılı oluruq"

 

Prezident İlham Əliyev forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.
"Xeberinfo.com":  Məlumata görə, dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.
İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.
Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".
İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.
Prezident İlham Əliyev forumda Qarabağ münaqişəsindən də danışıb. Deyib ki, Azərbaycan 20 ildən artıqdır erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır.
Prezidentin sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir. Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.
İlham Əliyev postsovet dövründə baş verənlərdən məyusluğunu bildirib. Prezidentin sözlərinə əsasən, hazırda gərginlik təkcə Yaxın Şərqdə müşahidə edilmir: "Sonuncu dəfə burada olduğum müddətdən bu yana çox şey dəyişib. Təsəvvür edə bilməyəcəyimiz yeni təhdidlər yaranıb. Onlar artıq regional deyil, qlobaldır. Qeyri-sabitlikdən doğan və ola bilsin ki, yerli və ya regional sayılan məsələlərin vaxtında həll edilməməsinə görə Avropada dəhşətli hücumların şahidi oluruq".
Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin regional olmasına baxmayaraq onun təsiri coğrafi və metodoloji baxımından daha irimiqyaslıdır: "Əgər bu münaqişə barədə danışılmasa və o, beynəlxalq hüquq normaları əsasında həll edilməsə, belə yanaşmanın dünyanın digər yerlərində də tətbiq ediləcəyinə hazır olmaq lazımdır. Beynəlxalq hüququn müxtəlif ölkələr tərəfindən öz maraqları üçün şərh edilməməsi də vacibdir. Onlar yazıldığı kimi şərh olunmalıdır: BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri barədə dəqiq anlayışlar mövcuddur. Onların hamısına əməl olunmalıdır və bu halda ikili standartlardan yaxa qurtara biləcəyik. Və bu da vacibdir ki, regionumuzda yeni münaqişələrin yaranması risklərindən xilas olacağıq və ya bu riskləri azaldacağıq".
Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.
Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.
Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb ("Trend").

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam