Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycan Ordusunda - futbol birinciliyi keçirilib

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilib
Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.
Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, birincilikdə ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.

AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 14 komanda 4 qrupda mübarizə aparıb. Yarışın final oyunu “Beyləqan” və “Şəmkir” komandaları arasında keçirilib. “Beyləqan” komandası 4:2 hesabı ilə qələbə qazanaraq yarışın qalibi olub. Üçüncü yeri isə “Bərdə” komandası tutub.

Komandaların mükafatlandırılması mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyev ölkəmizdə idmanın inkişafında xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib. Həmçinin oyunları idarə edən hakimlər də mükafatlandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam