Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilir

    

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.
Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarış iştirakçıları əvvəlcə hərbi hissədə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və şəhidlərin xatirəsini yad ediblər.



Yarışı açıq elan edən Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.



Ordu idmançıları da uğur və qələbələri ilə bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

AFFA-nın hakimlər komitəsi üzvlərinin idarə etdiyi futbol birinciliyində qoşun növləri, hərbi hissə və birləşmələrdən 13 komanda iştirak edir. Yekunda yarışın qaliblərinə fəxri fərmanlar, mükafatlar, qalib komandaya isə kubok təqdim olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam