Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///Fotolar

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///

 

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib

 

Yenixeber.org:   27 aprel 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nərimanov Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.  Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.  Yarışda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilə Dəstək Mərkəzinin məsul əməkdaşı Mürsəl Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşları, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabitləri və orta ümumtəhsil məktəblərin hərbi-hazırlıq müəllimləri iştirak etmişlər.  “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.  Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 258 saylı məktəbin komandası, II yerə 291 saylı “Ekologiya” liseyin komandası, III yerə isə 82 saylı məktəbin komandası layiq görülmüşlər.  Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar.  Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///
“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///
“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///
“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///
“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib///


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam