Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Gənclər və İdman Nazirliyinin yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib-Bərdə rayonunda

 Yenixeber.org: 15  iyul  2018-ci il tarixdə Bərdə Olimpiya İdman Mərkəzində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 24-cü ildönümünə həsr olunmuş Pençak Silat və Sindo-Ryu idman növləri üzrə uşaq,yeniyetmə və gənclər arasında açıq Bərdə rayon birinciliyi keçirilmişdir. Birincilikdə Şəki,Tərtər, Ağdam və Bərdə rayonlarından müxtəlif çəki dərəcələrində 62 idmançı iştirak etmişdir.

          Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Qasımov açaraq açaraq qeyd etdi ki,gəncləri  Azərbaycanın gələcəyi adlandıran ümummilli lider Heydər Əliyev gənclər siyasətini dövlətin ən ümdə vəzifələrindən biri hesab edərək  gənclərlə iş sahəsini daima önə çəkmiş,onların ictimai-siyasi  həyatda layiqli yer tutmalarına çalışmışdır.Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır.Möhtərəm Prezidentimizİlham Əliyevin qayğı və diqqəti nəticəsində  Dövlət Gənclər Siyasətini həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait  yaradılmışdır.Sonra o,respublikamızda idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıdan,ölkəmizin bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməsindən, Azərbaycan və eləcə də Bərdə idmançılarının müxtəlif yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışdı və idmançılara bu yarışda uğurlar arzuladı.

          Pençak Silat və Sindo-Ryu idman növləri üzrə keçirilən beynəlxalq yarışlarda əldə  etdikləri yüksək nəticələrə görə bir qrup Bərdə idmançıları rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanları ilə təltif olundular.

           Birincilik  yarışın baş hakimi, Pençak Silat və Sindo-Ryu Federasiyasının Qararabağ regionu üzrə baş təlimatçısı,I dan qara kəmər sahibi Rauf Məmmədovun rəhbərliyi ilə 5 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə olunmuşdur:

1.Rauf Sədrəddin oğlu Məmmədov          - baş hakim  

2.Yavər Fərman oğlu   Hüseynov             - hakim

3.Əyyub İlham oğlu İbadi                          - hakim    

4.Bəxtiyar Abbas oğlu Həmidov                - hakim

5.Azər Aydın oğlu Həsənov                      - hakim

             Yarışın keçirilmə vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.

             Qalib idmançılar Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif   olunmuşlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam