Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Yaponiyanın -MOMO raketinin növbəti buraxılışı uğursuz olub

Yaponiyanın Interstellar Technologies şirkətinin istehsalı olan MOMO raketinin dördüncü buraxılışı uğursuz olub.

Yenixeber.org:   Raketin kosmosa göndərilməsi şirkətin saytında canlı yayımlanıb. Buraxılış uğurla keçsə də, bir müddətdən sonra göyərtədəki kompüter nasazlıq aşkar edib və mühərriki avtomatik olaraq söndürüb. Nəticədə raket okeana düşüb.

Yapon şirkətinin bu raketinin yalnız birinin buraxılışı uğurlu keçib. Ötən ilin mayında kosmosa göndərilən raket açıq kosmosa çıxa bilib və 113 kilometr yüksəkliyə qalxıb. Okeana düşən raketin də açıq kosmosa çıxması və xüsusi qurğunun vasitəsilə kiçik təyyarə maketinin kosmosa buraxılaraq kamera vasitəsilə izlənilməsi nəzərdə tutulurdu. Bundan başqa, eksperiment üçün raket yanacağına Vakayama prefekturasından gətirilən sake (yapon spirtli içkisi) əlavə ediblər. Bunu alkoqollu içkilər istehsal edən bir yapon şirkətinin reklamı məqsədilə ediblər. Bu kosmik missiyanın daha bir maraqlı cəhəti kosmosa bürgerlərin və dünyada ən bahalı olan “Panama geyşa” şirkətinin istehsalı olan qəhvə dənələrinin aparılması olub.

MOMO raketinin uzunluğu cəmi 10 metr olub, çəkisi isə 1 tona yaxındır. Onun hazırlanmasına 445 min dollar vəsait sərf olunub.

Xatırladaq ki, 2018-ci ilin fevralında Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi eyni parametrlərə malik olan və cəmi 3 kiloqram çəkisində TRICOM1 kommunikasiya peykini SS-520s raketi ilə kosmosa göndərib. Sonradan həmin raket dünyanın ən kiçik kosmik aparatı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam