Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazir müavini:"Marafonu Azərbaycanın gələcəyinə xidmət edən möhtəşəm layihədir"

  "Bu cür yüksək səviyyədə marafon təşkil etdiyi üçün Heydər ƏliyevFonduna təşəkkür edirəm. Azərbaycan dövlətinin gələcəyinə xidmət edən möhtəşəm layihədir".

Yenixeber.org: Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirakçısı olduğu "Bakı Marafonu-2019" haqda danışarkən deyib.

O, qeyd edib ki, hər bir dövlətin gələcəyi onun sağlam nəsilə sahib olmasındadır: "Məsələyə bu kontekstdə yanaşanda tədbirin nə dərəcə önəmli olduğunu görərik. Unutmayaq ki, biz müharibə şəraitində yaşayan ölkəyik. Düşmənlə mübarizədə də sağlam nəsilə ehtiyacımız var. Qürur hissi ilə deyə bilərəm ki, artıq Bakıda 4-cü dəfə təşkil olunan yarımarafonun hamısında iştirak etmişəm. Hamısında da finişə çatmışam. Bakı marafonu dünya marafonları arasında öz layiqli yerini tutmaqdadır. Arzu edirəm ki, gələcəkdə bu marafon 21 km məsafəni deyil, 42 km əhatə etsin, tam marafon olsun".

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə həyata keçirilir.

Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22320 şəxs qeydiyyatdan keçib.

Yeri gəlmişkən qeyd edək ki, bu gün F.Əliyevin 58 yaşı tamam olur.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam